Qeyri-müəyyən müddətə sıradan çıxdı

27.10.2024 13:51 295
Dünya futbolu
“Leyptsiq”in aparıcı futbolçularından sayılan Xavi Simons sıradan çıxıb.

Almaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 21 yaşlı niderlandlı yarımmüdafiəçi Çempionlar Liqasının “Liverpul”la matçında (0:1) topuğundan zədə alıb. Hələ ki onun neçə müddət yaşıl meydanlardan uzaq qalacağı məlum deyil.

Simons bu mövsüm “Leyptsiq”in heyətində 11 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.