“Real”da və “Barselona”da ciddi itkilər

17.09.2024 17:11 142
Dünya futbolu
“Real”ın yarımmüdafiəçisi Braim Dias zədələnib.

25 yaşlı futbolçu İspaniya La Liqasının 5-ci turunun “Real Sosyedad”la səfər matçında (2:0) sıradan çıxıb.

O, bud əzələsindən zədə alıb. Həkimlər Diasın sağalmasının təxminən 3 ay çəkəcəyini proqnozlaşdırırlar. Lakin onun yaşıl meydana 2025-ci ildə qayıdacağı ehtimal edilir. Qeyd edək ki, Braim bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 6 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Yeri gəlmişkən, “Barselona”nın yarımmüdafiəçisi Daniel Olmo da zədələnib. O, La Liqanın 5-ci turunun “Jirona” ilə matçında (4:1) sıradan çıxıb. Olmo 61-ci dəqiqədə əvəzlənib. Onun dizindəki zədə səbəbindən 10 gün yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Daniel komandanın 2 matçını buraxa bilər. Bunlar “Monako” ilə Çempionlar Liqası və “Vilyarreal” ilə İspaniya çempionatı oyunlarıdı. Danielin ümumilikdə La Liqada “Barselona”nın heyətində keçirdiyi 3 oyunda 2 qol vurduğunu qeyd edək.