“Sumqayıt” yeni məşqçi ilə anlaşdı

13.06.2023 12:16 897
Aktual / Ölkə futbolu
Emil Babayevin gedişindən sonra “Sumqayıt”ın qapıçılar üzrə məşqçi axtarışında olduğunu xəbər vermişdik. Onu da bildirmişdik ki, “kimyaçılar” hazırda U-16-da eyni vəzifəni icra edən Etibar Tarıverdiyevə təklif göndərsə də, maliyyə məsələsində ortaq məxrəcə gəlmək mümkün olmayıb.

“Football-plus.az” xəbər verir ki, “gənclik şəhəri”nin təmsilçisi artıq yeni mütəxəssislə razılaşıb. Ötən mövsüm “Şamaxı”da qapıçılar üzrə məşqçi kimi çalışan Anar Niftəliyev Samir Abasovun məşqçilər korpusunda yer alacaq. Onunla müqavilənin müddəti 1 illikdi.

RƏŞAD