Mövsüm başa çatar-çatmaz “Sumqayıt”da iki ayrılıq reallaşıb.
“Football-plus.az” xəbər verir ki, uzun illər “kimyaçılar”ın fizioterapevti vəzifəsində çalışan Rövşən İsmayılov iş yerini dəyişib.
Yığmanın da fiziotreapevti olan Rövşən bəy bundan sonra “Qarabağ”ın futbolçularının sağlamlığına cavabdehlik daşıyacaq.
Onunla yanaşı, komandanın qapıçılar üzrə məşqçisi Emil Babayev də artıq Samir Abasovun məşqçilər korpsunda yer almayacaq. 42 yaşlı mütəxəssisin müqavilə müddəti başa çatdığından yeni anlaşmaya imza atmayıb.
RƏŞAD