Mahir “Nürnberq”də ilk dəfə start heyətində oynadı

29.09.2024 23:30 211
Dünya futbolu
Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq"in 2-ci Bundesliqanın 7-ci turunda səfərdə "Hannover"l' qarşılaşıb.

“Football-plus.az xəbər verir ki, Mahir ilk dəfə komandasının heyətində start heyətində yer alıb. Oyun "Hannover"in 2:0 hesabı qələbəsi ilə başa çatıb. Həmyerlimiz matçın 75-ci dəqiqəsində - oyunda hesab açılmamış əvəzlənib.

Bu nəticədən sonra "Nürnberq" 7 xalla 14-cü, "Hannover" 13 xalla 4-cü pillədə qərarlaşıb.