Kloze Mahirə 72 dəqiqə şans verdi

5.10.2024 17:32 563
Dünya futbolu
Almaniyanın 2-ci bundesliqasında 8-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, bu gün millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" öz meydanında "Pröyssen Mönster"i qəbul edib və 3:2 hesabı ilə qalib gəlib.

"Nürnberq"in baş məşqçisi Miroslav Kloze Mahiri start heyətində meydana buraxıb. Emreli 72-ci dəqiqədə əvəzlənib. O, qol və ya qol ötürməsi ilə yadda qalmayıb.

Bu nəticədən sonra xallarını 10-a yüksəldən "Nürnberq" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.