Portuqaliyalı mütəxəsis daha sonra Qəbələyə yollandı, ordakı infrastrukturla tanış oldu. Onun Arif Əsədovla görüşü də nəzərdə tutulurdu. Ümumiyyətlə, portuqaliyalı mütəxəssisin köməkçilərinin kim olacağına dair heç bir informasiya yoxdu.
Bəs Fernando Santuş indi hardadı? AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq. O, “Football-plus.az”ın sorğusuna cavabında bunları bildirdi:
“Yaxın günlərdə Fernando Santuşun bütün köməkçiləri tam dəqiqləşən kimi ictimaiyyətə məlumat veriləcək. Özü hazırda Azərbaycanda deyil. Ayın sonunda özü və köməkçiləri ailələri ilə birlikdə qayıdacaqlar”.
RÖYANƏ OĞUZ





