Yamalın vəziyyəti necədi?

17.10.2024 10:28 325
Dünya futbolu
İspaniya yığmasının Danimarka ilə oyununda (1:0) zədə alan Lamin Yamalın son durumu açıqlanıb.

“Barselona”nın mətbuat xidmətinin yaydığı xəbərə görə, komandanın düşərgəsinə qayıdan yarımmüdafiəçinin bud nahiyəsində əzələ gərginliyi aşkarlanıb.

Futbolçunun sıraya dönəcəyi vaxt hələ ki məlum deyil. laminin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.