“Barselona” İspaniya çempionatında növbəti qələbəsini qazanıb.
“Xetafe”ni 1:0 hesabı ilə məğlub edən komanda 7 oyuna maksimum nəticə ilə liderliyini davam etdirib. Matçdan sonunda Lamin Yamalın stadionu axsayaraq tərk etməsi diqqətdən yayınmayıb. Yeniyetmə futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğuna geniş müayinədən sonra aydınlıq gələcək.
Lamin bu mövsüm İspaniya çempionatında meydana çıxdığı 7 oyunda 3 qolun və 5 məhsuldar ötürmənin müəllifi olub.