LK-nın finalı harda keçiriləcək?

13.10.2024 09:27 268
Dünya futbolu
Bu il Libertadores Kubokunun (LK) finalının keçiriləcəyi yer müəyyənləşib. Bu haqda Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) məlumat yayıb.

Turnirin finalı Argentinanın paytaxtı Buenos Ayresdəki “Estadio Monumental” stadionunda keçiriləcək. Sentyabrın 27-də turnirin yarımfinal cütləri müəyyənləşib. Bu mərhələnin oktyabrın 23-nə təyin olunan ilk oyunlarında “Atletiko Mineyro” “River Pleyt”i, “Botafoqo” isə “Penyarol”u qəbul edəcək. Cavab görüşləri ayın 30-da keçiriləcək.

Yeri gəlmişkən, ötən il LK-nın finalı Braziliyanın Rio de Janeyro şəhərindəki “Marakana” stadionunda baş tutub. Həlledici matçda “Fluminense” əlavə vaxtda “Boka Xuniors”a 2:1 hesabı ilə qalib gəlib.