İlk dəfə Libertadores Kubokunun qalibi oldular

5.11.2023 19:28 201
Dünya futbolu
Cənubi Amerikanın ən nüfuzlu klub turniri olan Libertadores Kubokunun qalibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Braziliyanın Rio de Janeyro şəhərində keçirilən finalda yerli “Fluminense” və “Boka Xuniors” qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə sona çatıb: Xerman Kano 36-cı dəqiqədə braziliyalıları önə keçirib. 72-ci dəqiqədə Advinkula argentinalıların bərabərlik qolunu vurub.

Əlavə vaxtda, 99-cu dəqiqədə Kennedinin vurduğu qol “Fluminense”nin Libertadores Kubokunda ilk qələbəsini rəsmiləşdirib.