"Nəticə ilə barışmalıyıq" - Filipe Kandido

2.11.2026 22:00 18
Ölkə futbolu / Manşet
"Sumqayıt" Misli premyer-liqasının 10-cu turunda "Şəfa" ilə heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Filipe Kandido oyunsonrası mətbuat konfransında fikirlərini bölüşüb:

"Nəticə ilə barışmalıyıq. Bilirdik ki, çətin oyun olacaq. Bu gün yaxşı oynamadıq. İlk 10-15 dəqiqədə yaxşı idik. Lakin bundan sonra çoxlu top itkilərinə yol verdik. Bu isə rəqib üçün üstünlük oldu. Onlar ilk yarını öndə bitirməyə layiq idilər. İkinci hissədə bəzi şeyləri dəyişməyə çalışdıq. Düşünürəm ki, bunu bacardıq. Bərabərlik qolunu vurduq. Bir neçə qol epizodumuz var idi. Bəzi məqamlarda bəxt yanımızda olmadı. Təbii ki, heç-heçə istədiyimiz nəticə deyildi. Amma bununla barışmalıyıq".