“Bu durumdan qurtulmaq üçün bir neçə planımız var” - Bəxtiyar Buzovnanı bəxtiyar edəcək?

2.11.2026 20:00 117
Ölkə futbolu
Birinci liqada çıxış edən “Baku Sportinq”in durumundan xəbərdarsız. Paytaxt təmsilçisi ilk 6 matçda xal qazana bilməməklə sonuncu pillədə qərarlaşıb. Bu uğursuzluqların ardından baş məşqçi Samir Ələkbərovla yollar ayrılıb, onun yerinə Bəxtiyar Soltanov gətirilib.

Çətin günlər yaşayan komanda artıq kubokda da mübarizəni dayandırıb. Buzovnalılar Gəncədə “Kəpəzə layiqincə müqavimət göstərsələr də, sonda meydandan məğlub ayrıldılar – 1:3.

Bəs Bəxtiyar Soltanov komandanı bu çətin vəziyyətdən necə çıxaracaq? Bununla bağlı hansısa planı varmı? Gənc mütəxəssis “Futbol+”ə belə cavab verdi:

“Bu durumdan qurtulmaq üçün bir neçə planımız var. Onların üzərində çalışacağıq. Kubok oyununun bitməsini gözləyirdik ki, məşqlərə başlayaq, çempionata hazırlaşaq. Planlarımızın özünü nə qədər doğruldacağını növbəti oyunlarda biləcəyik”.

İSRAYIL XEYRULLAYEV