Sentyabrın 17-19-u aralığında Libertadores Kubokunun (LK) pley-offunda növbəti mərhələyə start verildi. Cənubi Amerikanın ən nüfuzlu klub turnirində 1/4 finalın ilk oyunları keçirildi.
Bu mərhələdə Braziliyanın 5, Argentina, Çili və Uruqvayın hərəyə 1 komandası çıxış edir. İlk oyunlarda braziliyalıların iştirakı ilə iki duel baş tutdu. LK-nın son çempionu “Fluminense” evdə “Atletiko Mineyro”nu son dəqiqələrdə vurulan yeganə qolla məğlub etdi. “Botafoqo” (Rio de Janeyro) – “San Paulu” matçında hesab açılmadı. Braziliyanın digər təmsilçisi “Flamenqo” evdə “Penyarol”a minimal hesabla uduzdu. Çilidə keçirilən “Kolo Kolo” – “River Pleyt” oyunu isə 1:1 hesabıyla nəticələndi.
1/4 final, ilk oyunlar
Kolo Kolo (Çili) - River Pleyt (Argentina) 1:1
K.Palasios, 61 – Pesselya, 43.
Fluminense (Braziliya) - Atletiko Mineyro (Braziliya) 1:0
Lima, 87.
Botafoqo (Rio de Janeyro, Braziliya) - San Paulu (Braziliya) 0:0
Flamenqo (Braziliya) - Penyarol (Uruqvay) 0:1
Kabrera, 13.
Cavab oyunları sentyabrın 24-26-sı aralığında keçiriləcək.