• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Monako” artıq vahid liderdi - İCMAL

Dünya futbolu

12-10-2024, 23:0

Fransada 7-ci turdan sonra “Monako” liderliyi ələ keçirdi.

“Knyazlar” səfərdə “Renn”i məğlub etməklə xalını 19-a çatdırdı. “Nitsa” ilə heç-heçə edən PSJ isə mövsümdə 2-ci dəfə xal itirdi. “Marsel” də hesabat turunda büdrədi. Cənublular doğma “Velodrom”da autsayder “Anje”nin öhdəsindən gələ bilmədi.
“Renn” ilə oyuna fəal başlayan “Monako” artıq 6-cı dəqiqədə hesabı açdı. Kerer hava mübarizəsindən qalib ayrılıb topu Mandandanın qoruduğu qapıdan keçirdi. Bretonların cavab qolu gecikmədi. 11-ci dəqiqədə Blyas uzaqdan möhtəşəm zərbə ilə hesabı bərabərləşdirdi. Ardından meydanda xaotik mübarizə getdi. Amma 22-ci dəqiqəyə qədər. Baloqun 2-ci dəfə “knyazlar”ı irəli çıxarandan sonra meydanda maraqlı nəsə baş vermədi. 2-ci hissə tərəflərin yüzfaizlik qol vəziyyətlərini boşa verməsiylə başladı. Əvvəlcə Ben Seqir cərimə meydançasının xətti üzərindən topu tirə vurdu, cavabında Kalimuendo dirəyi “nişan aldı”. “Monako” 2-ci hissədə daha çox qələbəni qorumaq üçün oynadı, “Renn”in isə məğlubiyyətdən qurtulmaq üçün daha bir imkanı oldu. Seydu yüzfaizlik qol vəziyyətini qaçırdı.

“Nitsa”nın qonağı olan PSJ hissənin sonunda qol buraxdı. Abdinin güclü zərbəsindən sonra top Mendeşdən səkib tora daxil oldu. Parislilər 2-ci hissəyə çox aqressiv başladı. Əvvəlcə Dembele cinahdan mərkəzə çəkilib güclü zərbə vurdu, Bulka komandasını xilas etdi. Ardından hesab bərabərləşdi. Dembeledən ötürmə alan Mendeş cərimə meydançasının qövsü üzərindən hədəfə düşdü. Bir neçə dəqiqə sonra Markinyosun baş zərbəsi dirəkdən döndü. Oyunun sonluğu PSJ-nin üstünlüyü şəraitində keçsə də, qələbə topunu vurmaq mümkün olmadı. Bu isə o deməkdi ki, çempion liderliyi əldən verdi.

“Marsel” “Velodrom”da “Anje”ni qəbul etdi. İlk yarının ortalarına qədər meydan sahibləri aşkar üstün təsir bağışlasalar da, qol vəziyyətləri yox idi. 26-cı dəqiqədə isə qonaqlar azlıqda qaldı. Ancaq “Marsel”in say üstünlüyü o qədər uzun sürmədi. 30-cu dəqiqədə Mope də meydandan qovuldu. Qollar isə 2-ci hissədə vuruldu. 51-ci dəqiqədə Rou hesabı açdı, üç dəqiqə sonra “Anje”dən Əl-Melali fərqləndi. “Marsel” 2-ci hissədə oyun vaxtının 86 faizində topa nəzarət etsə də, rəqibi bir daha mərkəzə dəvət edə bilmədi.

“Marsel”in büdrəməsindən yararlanan “Reyms” və “Lill” 3-cü yerə yaxınlaşdı. “Monpelye”ni qəbul edən “Reyms” parlaq qələbə qazandı – 4:2. Munetsi və Nakamura 25-ci dəqiqəyə qədər iki qol vursa da, Norden 37-ci dəqiqədə fərqi azaltdı. 2-ci hissənin əvvəlində Dyakite yenidən iki top fərqini bərpa etdi. Ancaq qonaqların təslim olmaq fikri yox idi. Norden 90-cı dəqiqədə daha bir qol vurdu. Sadəcə, meydan sahibləri dərhal penalti qazanmaqla “Monpelye”nin müqavimətini qırdı. Xalını 14-ə çatdıran “Reyms” 3-cü pillədəki “Marsel”i haqladı. “Lill” isə bu iki komandadan cəmi 1 xal geri qalır. “Şimallı itlər” “Tuluza” ilə oyunda əzmkar qələbə qazandı.

Turun qalan oyunlarına gəlincə, ÇL-də mövsümə əla başlayan “Brest” çempionatda da nəticələri düzəltmək istəyir. Bu komanda hesabat turunda “Havr” üzərində inamlı qələbə qazandı. Ajork oyunun əvvəlində hesabı açdı, Salah isə uzatma dəqiqələrində son nöqtəni qoydu. 48-ci dəqiqədə azlıqda qalan “Havr”ın ardıcıl 4-cü oyunda uduzduğunu da xatırladaq. Yeri gəlmişkən, meydan sahiblərindən də Aydara 73-cü dəqiqədə qovuldu. “Lion” “Nant”ın qapısından iki cavabsız top keçirdi. “Sent-Etyen” Davitaşvilinin het-triki sayəsində “Oser”in öhdəsindən gəldi – 3:1. “Strasbur” – “Lans” oyununda isə məhsuldar heç-heçə qeydə alındı.

7-ci tur
Renn – Monako 1:2

Blyas, 11 – Kerer, 6. Baloqun, 22. (26533)
Monako: Kyon, Sinqo, Kerer, Mavissa (Salisu, 83), Vanderson, Kamara (Maqassa, 83), Zakariya, Uattara (Diatta, 71), Minamino, Ben Seqir (Qolovin, 70), Baloqun (İlenihena, 64).

Nitsa – PSJ 1:1
Abdi, 39 – Mendeş, 52. (30247)
PSJ: Donnarumma, Hakimi, Markinyos, Paço, Mendeş, Zair-Emeri (Vitinya, 71), Neve, Ruis (Asensio, 78), Dembele, Kolo Muani (Li Kan İn, 46), Barkola.

Marsel – Anje 1:1
Rou, 51 – Əl-Melali, 54. (54568)
Marsel: Rulyi, Murilyo (Arit, 88), Balerdi, Kornelius (Rabyo, 65), U.Qarsiya (Brasye, 82), Heybyerq, Kondoqbia, Qrinvud, Karboni (Rou, 46), Enrike (Vai, 65), Mope.

Reyms Monpelye 4:2
Munetsi, 6. Nakamura, 25. Dyakite, 57. Teuma, 90+3-p. Norden, 37; 90+1. (14903)

Lill - Tuluza 2:1
Qomes, 57. Bakker, 72 Abuhlyal, 39. (36947)

Brest - Havr 2:0
Ajork, 12. Salah, 90+3. (14572)

Lion - Nant 2:0
Talyafiko, 22. Pallua, 54-öz qapısına. (51888)

Sent-Etyen – Oser 3:1
Davitaşvili, 15; 54; 87 – Ber, 74. (31445)

Strasbur – Lans 2:2
Silla, 18. Diarra, 60-p. – Nzola, 5. Diuf, 44. (19968)

1. Monako 7 6 1 0 14-4 19
2. PSJ 7 5 2 0 21-6 17
3. Marsel 7 4 2 1 16-8 14
4. Reyms 7 4 2 1 14-10 14
5. Lill 7 4 1 2 13-8 13
6. Lans 7 2 5 0 7-4 11
7. Strasbur 7 2 4 1 14-12 10
8. Lion 7 3 1 3 10-12 10
9. Nitsa 7 2 3 2 15-7 9
10. Nant 7 2 3 2 9-8 9
11. Brest 7 3 0 4 10-13 9
12. Renn 7 2 1 4 11-11 7
13. Sent-Etyen 7 2 1 4 6-18 7
14. Oser 7 2 0 5 9-15 6
15. Havr 7 2 0 5 7-15 6
16. Tuluza 7 1 2 4 6-10 5
17. Monpelye 7 1 1 5 8-21 4
18. Anje 7 0 3 4 5-13 3

Bombardirlər: Barkola (PSJ) – 6, Devid (Lill), Qrinvud (Marsel) – 5, Dembele (PSJ), Nakamura (Reyms) - 4.

Növbəti turun oyunları oktyabrın 18-20-si aralığında keçiriləcək: Monako – Lill, Brest – Renn, Sent-Etyen – Lans, PSJ – Strasbur, Havr – Lion, Oser – Reyms, Nant – Nitsa, Tuluza – Anje, Monpelye – Marsel.

Turun rəqəmi
4 – PSJ cari mövsümdə keçirdiyi 4 səfər oyununun hamısında qol buraxıb. Klub qətərli sahiblərin əlinə keçəndən bəri ilk dəfə belə hal yaşanır.

Turun ulduzu
Zuriko Davitaşvili (Sent-Etyen) – “yaşıllar”ın gürcü yarımmüdafiəçisi cari mövsümdə qol hesabını het-triklə açdı. O, 21-ci əsrdə “böyük beşlik” ölkələrində bir oyunda üç qol vuran ikinci gürcüdü. Bu mənada “cığıraçan” Aleksandr İaşvili olub.

Turun sitatı
Canluici Donnarumma:

“İlk yarı heç də yaxşı alınmadı, daha yaxşı oynamalıyıq. “Artırmalıyıq”, bu çox vacibdi. Növbəti buraxılan qola görə qəzəbliyəm. Tənqidlər mənə təsir göstərmir, buna hazıram”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-04-2023, 21:0

PSJ 5-ci dəfə uduzdu, liderin əsas izləyicisi dəyişdi – 29-cu turun şərhi

Dünya futbolu

5-10-2024, 12:0

PSJ ilə “Monako” “Marsel”dən uzaqlaşdı - İCMAL

Dünya futbolu

12-04-2023, 19:0

PSJ və “Lans” qalib gəldi, “Marsel”lə “Monako” xal itirdi - ŞƏRH

Dünya futbolu

28-08-2024, 22:0

PSJ və daha üç komanda itkisiz irəliləyir - İCMAL

Dünya futbolu

4-10-2023, 19:0

“Monako” zirvəyə döndü, PSJ 5-ci pilləyə endi - TURUN ŞƏRHİ

Dünya futbolu

20-09-2024, 15:0

“Marsel” və “Monako” PSJ-nin təqibini davam etdirir - İCMAL

Aktual
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
Son xəbərlər
  • Bu gün, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Bu gün, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Bu gün, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 204
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 192
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə