• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ və daha üç komanda itkisiz irəliləyir - İCMAL

Dünya futbolu

28-08-2024, 22:0

Fransa çempionatında 2-ci tur arxada qaldı. Hələ ki 4 komanda xal itirməyib.

Bunlar “Monpelye”nin qapısından 6 cavabsız top keçirən PSJ, yenə 2:0 hesabıyla qələbə qazanan “Lill”, səfərdə “Lion”un öhdəsindən gələn “Monako” və ötən mövsümün kəşfi “Brest”i məğlub edən “Lans”dı.

PSJ – “Monpelye” oyunu təkqapı getdi. Son çempion rəqibini darmadağın etdi. Artıq 4-cü dəqiqədə hesabı açan parislilər hissənin ortalarında fərqi artırdı. İkinci hissə başlayan kimi qollar sıralandı. 53-cü dəqiqədə Barkola dubl etdi. 5 dəqiqə sonra Hakimi, bundan iki dəqiqə sonra isə Zair-Emeri fərqləndi. Oyunun taleyinin həll olunduğunu görən Luis Enrike 62-ci dəqiqədə üç dəyişikliyə əl atdı. Sonradan meydana çıxanlardan Li Kan İn 82-ci dəqiqədə 6-cı topu da “Monpelye”nin qapısından keçirdi.

“Monako” “maliyyə feyr-pleyi” üzündən bütün əsas oyunçularını transferə çıxaran “Lion”un qonağı idi. Qarşılıqlı hücumlar şəraitində keçən ilk yarıda hesab açılmadı. 65-ci dəqiqədə Akliuş bir neçə müdafiəçini məşğul edib Ben Seqirə ideal ötürmə verdi və mərakeşli yarımmüdafiəçi “knyazlar”ı irəli çıxardı. Onlar hesabı qorumaq üçün oynamadı, əksinə, hücumları artırdı və 80-ci dəqiqədə Kamara oyunun taleyini müəyyənləşdirən qolu vurdu. Elə həmin Kamara uzatma dəqiqələrində iki sarı vərəqə almaqla meydandan qovuldu. Yeri gəlmişkən, “Monako” 2016/17 mövsümündən bəri ilk dəfə “Lion”u səfərdə məğlub etdi.

“Anje”ni qəbul edən “Lill” tədricən təşəbbüsü ələ almağa başladı. Odu ki, Menyenin 34-cü dəqiqədə vurduğu qol oyunun məntiqi axarına uyğun idi. “Şimallı itlər” bir də uzatma dəqiqələrində fərqləndi. 89-cu dəqiqədə meydana çıxan Bayo 90+6-cı dəqiqədə “Lill”in üstünlüyünü möhkəmlətdi.
İlk turda səfərdə “Brest”i darmadağın edən “Marsel” “Reyms” ilə ev oyununda xal itirdi. De Zerbinin çalışdırdığı cənublular 25-ci dəqiqədə hesabı açsa da, 2-ci hissənin əvvəli onlar üçün fiaskoya çevrildi. 51-ci dəqiqədə Akyeme hesabı bərabərləşdirdi, 4 dəqiqə sonra isə Fofana möhtəşəm reydini qolla tamamladı. Amma “Marsel” məğlubiyyətdən qaça bildi. İlk turda dubl edən Qrinvud bu dəfə cənubluların xilaskarı oldu.

Girişdə vurğuladığımız kimi, “Lans” da ilk iki turda xal itirməyib. Əvvəlcə “Anje”ni məğlub edən “qan-qızılılar” bu dəfə evdə Fransanın ÇL-dəki təmsilçisi “Brest”in öhdəsindən gəldi. Hesab 19-cu dəqiqədə açıldı, fasilə ərəfəsində isə “Brest”in müdafiəçisi, əvvəllər “Lans”ın şərəfini qorumuş Le Kardinal “qapılarən yerini səhv saldı”.

İki turdan sonra “Strasbur” və “Nant” 4 xal toplayıb. “Strasbur” hesabat turunda “Renn”i məğlub etdi. “Bülbüllər” isə “Oser”in qapısından iki cavabsız qol keçirdi. “Havr” da səfərdə “Sent-Etyen”ə 2:0 hesabıyla qalib gəldi. “Nitsa” ilə “Tuluza” 1:1 hesablı “sülh”ə razılaşdı.

2-ci tur
PSJ – Monpelye 6:0
Barkola, 4; 53. Asensio, 24. Hakimi, 58. Zair-Emeri, 60. Li Kan İn, 82. (46000)
PSJ: Donnarumma, Hakimi, Markinyos, Paço, Mendeş, Zair-Emeri (Mbaye, 78), Neveş (Ruis, 68), Vitinya, Dembele (Li Kan İn, 62), Asensio (Kolo Muani, 62), Barkola (Due, 62).
Lion – Monako 0:2
Ben Seqir, 65. Kamara, 80. (54392)
Monako: Kyon, Vanderson (Teze, 64), Kerer, Salisu, Yakobs, Zakariya (Maqassa, 86), Kamara, Akliuş, Minamino (Sinqo, 86), Ben Seqir (Uattara, 76), Embolo (İlenihena, 64).
Lans – Brest 2:0
Çaves, 19. Le Kardinal, 45-öz qapısına. (37435)
Brest: Bizot, Lala, Şardonne, Le Kardinal, Amavi (Zoqbe, 90), Kamara, Marten (Sima, 64), Maqnetti, Del Kastilyo, Ajork (Le Duaron, 79), Fevr (Pereyra Laqe, 79).
Lill – Anje 2:0
Menye, 34. Bayo, 90+6. (36906)
Lill: Şevalye, Mandi, Menye (Santoş, 78), Diakite, Aleksandro, Qudmundsson, Sahraui (Buaddi, 89), Andre, Mbappe (Kabella, 68), Haraldsson (Mukau, 77), Devid (Bayo, 89).
Marsel – Reyms 2:2
Arit, 25. Qrinvud, 71 – Akyeme, 51. Fofana, 55. (63841)
Sent-Etyen – Havr 0:2
Ture, 57-p. Sanqante, 76. (16958)
Nitsa – Tuluza 1:1
Kloss, 53 – Babika, 73. (21656)
Strasbur – Renn 3:1
Santos, 23. Emeqha, 48. Vu, 87-öz qapısına – Blyas, 57. (19026)
Nant – Oser 2:0
Simon, 14. Girassi, 90+6. (31077)

1. PSJ 2 2 0 0 10-1 6
2. Lill 2 2 0 0 4-0 6
3. Monako 2 2 0 0 3-0 6
4. Lans 2 2 0 0 3-0 6
5. Marsel 2 1 1 0 7-3 4
6. Strasbur 2 1 1 0 4-2 4
7. Nant 2 1 1 0 2-0 4
8. Renn 2 1 0 1 4-3 3
9. Havr 2 1 0 1 3-4 3
10. Oser 2 1 0 1 2-3 3
11. Tuluza 2 0 2 0 1-1 2
12. Nitsa 2 0 1 1 2-3 1
13. Reyms 2 0 1 1 2-4 1
14. Monpelye 2 0 1 1 1-7 1
15. Sent-Etyen 2 0 0 2 0-3 0
16. Anje 2 0 0 2 0-3 0
17. Lion 2 0 0 2 0-5 0
18. Brest 2 0 0 2 1-7 0

Bombardirlər: Barkola (PSJ), Qrinvud (Marsel) – 3, Li Kan İn (PSJ), Enrike (Marsel) – 2.
Növbəti turun oyunları 30 avqust – 1 sentyabr aralığında keçiriləcək: Lion – Strasbur, Brest – Sent-Etyen, Monpelye – Nant, Tuluza – Marsel, Monako – Lans, Anje – Nitsa, Havr – Oser, Reyms – Renn, Lill – PSJ.

Turun rəqəmi
3500 – “Renn” Liqa 1 tarixinə turnirdə bu qədər qol buraxan ilk komanda kimi düşdü.

Turun ulduzu
Bredli Barkola (PSJ) – oyunu çox fəal keçirən gənc hücumçu, deyəsən, Kilian Mbappenin komandadakı statusuna yiyələnmək istəyir. Dubl etdi, daha bir neçə dəfə fərqlənməyə yaxın oldu. Əslində 62-ci dəqiqədə əvəzlənməsəydi, 3-cü qolu vurması da tam real idi.

Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Mən sizə belə deyə bilərəm: siz fransızlar, necə də maraqsızsız. Mbappe indi PSJ-nin formasını daşımır. Mən isə yalnız PSJ-də oynayan futbolçulardan danışıram”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-04-2024, 22:0

“Lion” qələbə topunu 90+15-ci (!) dəqiqədə vurdu - TURUN İCMALI

Dünya futbolu

8-05-2024, 20:0

“Monako” ÇL-ə vəsiqəni təmin etdi

Dünya futbolu

21-08-2024, 19:0

PSJ, “Marsel” və “Renn” rəqibini darmadağın etdi - İCMAL

Dünya futbolu

30-08-2023, 22:0

PSJ ilk qələbəsini qazandı, “Monako” ilk dəfə xal itirdi – TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 19:0

“Monako” zirvəyə döndü, PSJ 5-ci pilləyə endi - TURUN ŞƏRHİ

Dünya futbolu

23-08-2023, 22:0

PSJ və “Marsel” qələbə qazana bilmədi – TURUN ŞƏRHİ

Aktual
Qurban Qurbanov ona da qapını göstərdi! – Ramil Şeydayevin arxasınca...
“Kəpəz” azarkeşləri avtobussuzluğa görə rəhbərliyə etiraz etdi
“Boykot etməyəcəyik, sadəcə, futbolçulardan küsmək istəyirik” – Sumqayıtdan qəribə cavab
“Turan Tovuz” Novruz bayramında Tovuzda oynayacaq, yoxsa Suraxanıda?
“Şərait və peşəkarlıq baxımından bizdən qat-qat üstündülər” – Vaqif Cavadov təəccüblənib
Bentu “Avai”yə qovuşdu, “Kəpəz”ə qəpik də ödənilmədi! – ay səni, dağın adını daşıyan klub…
Son xəbərlər
  • Bu gün, 22:20
    Sobolenko braziliyalı biznesmenə könül verdi
  • Bu gün, 21:59
    Braziliyada qərar tutdu
  • Bu gün, 21:28
    ''Qalatasaray'' fanatları Osimheni ağlatdı
  • Bu gün, 20:57
    Finalissima harda keçiriləcək?
  • Bu gün, 20:26
    “Ayaks”da daha bir yeni baş məşqçi
  • Bu gün, 19:55
    Start ərəfəsində şokolad-avtomobil
  • Bu gün, 19:24
    Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - VİDEO
  • Bu gün, 18:53
    İqlim şəraitinə görə qaydalar dəyişəcək
  • Bu gün, 18:32
    Cərimələnən Rodri qonşularını bezdirib
  • Bu gün, 18:01
    Qurban Qurbanov ona da qapını göstərdi! – Ramil Şeydayevin arxasınca...
  • Bu gün, 17:40
    "Sabah"ın Yusiflə bağlı apellyasiya şikayəti təmin edilmədi
  • Bu gün, 17:19
    Kurban Berdıyevin cəzası azaldıldı
  • Bu gün, 16:58
    Bütün həmkarlarını qabaqladı
  • Bu gün, 16:27
    Millimizin oyununun biletləri satışda
  • Bu gün, 15:57
    “Şaxtyor” liderliyi qorudu, “Dinamo” çətin qələbə qazandı - İCMAL
  • Bu gün, 15:36
    Keçirilməyən "Şəmkir" - "Xankəndi" oyununun taleyi bəlli oldu
  • Bu gün, 15:15
    “Kəpəz” azarkeşləri avtobussuzluğa görə rəhbərliyə etiraz etdi
  • Bu gün, 14:54
    ''Liverpul'' yenə İstanbul cəhənnəmindən əliboş döndü
  • Bu gün, 14:33
    Zuddas ədəbsizlik etdi, Müşfiq Hüseynovla Zaur Tağızadə də getdi
  • Bu gün, 14:12
    Sınıq-salxaq “Real” “Siti”yə müqavimət göstərə biləcəkmi?
  • Bu gün, 13:30
    Nəhənglər çətin qələbə qazandı - İCMAL
  • Bu gün, 13:09
    Bakıda UEFA-nın Strateji Kommunikasiyalar seminarı keçirildi
  • Bu gün, 12:58
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 12:37
    Təlaşlanmış “Sabah” - KÖŞƏ
  • Bu gün, 12:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi - RƏSMİ
  • Bu gün, 11:55
    Almaniyada paytaxt klubları 95 ildi çempionluğa həsrətdi - Uels və Türkiyədə isə heç çempion olmayıblar
  • Bu gün, 11:34
    “Şəmkir” “Xankəndi”ni, PFL və “Xankəndi” “Şəmkir”i günahkar görür - forma qalmaqalı
  • Bu gün, 11:13
    Bir günə beş medal
  • Bu gün, 10:52
    “Sabah”dan ən böyükhesablı ev qələbəsi: - iki rekord təkrarlandı
  • Bu gün, 10:31
    İdman “Oskar”ı kimlərə veriləcək?
  • Bu gün, 10:00
    Milli Bolqarıstandan üzüağ qayıdacaqmı? - AÇ
  • Bu gün, 09:39
    ÇL, yoxsa darmadağınlar gecəsi?
  • Bu gün, 08:56
    Hemilton titul uğrunda mübarizə apara biləcəyinə əmindi
  • Bu gün, 01:35
    Konor yenə oktaqona dönəcəyini iddia edir
  • Bu gün, 01:02
    Nəriman "Kolambus Kryu"ya qoşuldu, əsas komandada məşq etdi!
Daha çox
Oxunub: 355
Qurban Qurbanovun “Qarabağ”dan göndərəcəyi ilk futbolçu bilindi! – uğursuz transfer yola salınır
Oxunub: 300
“Şəfa”dan prezident də getdi, Əfran İsmayılov da! - "Klubun strategiyası budu, bir-iki il sonra dəyişiklik də ola bilər”
Oxunub: 208
“Qarabağ”ın iki aparıcı futbolçusundan bəd xəbər – Qurban Qurbanov 3-cü dövrəyə bəxtsiz başlayacaq!
Oxunub: 158
“Klubdan həm də buna görə ayrıldım” – “Şəfa”nın sabiq prezidenti bilinməyən məqamları “Futbol+”ə dedi!
Oxunub: 148
Böyüklərin davası başladı - KÖŞƏ
Oxunub: 143
“Qarabağ” daha topdağıtmaz qala deyil! – düşərgədən hər gün bir xəbər sızır
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə