Merih Dəmiral çempionlara ''Ayfon'' hədiyyə etdi

12.10.2024 20:49 291
Dünya futbolu
Məlum olduğu kimi bu günlərdə ''U-16 Türkdilli Ölkələr Turniri'' başa çatdı.

Türkiyənin Ərzurum şəhərində keçirilən turnirin finalında Türkiyənin U-16 komandası Qırğızıstandan olan həmyaşıdlarını penaltilər seriyasında məğlub edərək çempion oldu. Azərbaycanın U-16 komandası isə turniri 6-cı pillədə tamamladı.

Bu arada Türkiyə yığmasının üzvü Merih Dəmiral Türkiyənin U-16 komandasına böyük bir jest edib. Hazırda karyerasını Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-Əhli''də davam etdirən 26 yaşlı futbolçu komandanın hər bir üzvünə ''Ayfon'' hədiyyə edib.

Buna dair video sosial şəbəkələrdə yayılıb. Həmin videoda U-16 komandasının üzvlərinin bu xəbərə necə ürəkdən sevindiyi əks olunub.

ƏLİ