“Knyazlıq klubu”nda yeni müqavilə

7.10.2024 22:56 282
Dünya futbolu
Aleksandr Qolovin hazırkı komandasında daha uzun müddət oynayacaq.

O, “Monako” ilə yeni müqavilə imzalayıb. “Knyazlıq klubu”nun mətbuat xidmətinin məlumatına görə, 28 yaşlı rusiyalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2029-cu ilin yayına qədər uzadılıb.

Aleksandr “Monako”ya 2018-ci ildə ÇSKA-dan 30 milyon avroya transfer olunub. O, bu mövsüm komandada 6 oyun keçirib.