“Knyazlıq klubunda” yeni müqavilə

10.02.2024 21:20 195
Dünya futbolu
“Monako” rəhbərliyi Vandersonla müqaviləni yeniləyib.

22 yaşlı müdafiəçi ilə müddətu 2027/28 mövsümünün sonuna qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb.

Braziliyalı oyunçu “knyazlıq klubuna” 2022-ci ilin yanvarında “Qremio”dan 11 milyon avroya transfer olunub. O, komandada 76 oyuna çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə edib.