“Knyazlıq klubu”nda oynayacaq

21.08.2024 12:58 316
Dünya futbolu
“Monako” PSV-nin müdafiəçisi Jordan Tezeni transfer edib.

“Knyazlıq klubu”nun saytının yaydığı xəbərə görə, niderlandlı futbolçu ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. 24 yaşlı Jordan Fransa klubunda “4” nömrəli formanı geyəcək.

Teze PSV-nin yetirməsidi. O, bu komandada 189 oyuna çıxıb, 4 qol vurub və 23 məhsuldar ötürmə edib.