Vissam Ben Yedder klubunu dəyişməli olacaq.
“Football-plus.az” xəbər verir ki, “Monako” rəhbərliyi onunla müqaviləni yeniləməmək qərarına gəlib. 33 yaşlı hücumçu “knyazlıq klubu”nda 2019-cu ildən çıxış edir. O, yenicə sona çatan mövsümdə Fransa çempionatında meydana çıxdığı 32 oyunda 16 qolun və 2 məhsuldar ötürmənin müəllifi olub.
Vissamın “Monako”un formasında Liqa 1-də 164 oyuna 98 qol vurduğunu da bildirək.