"Qəbələ"dən növbəti qələbə - YENİLƏNİB

4.10.2024 17:59 532
Ölkə futbolu / Manşet
Dünən futbol üzrə ölkə çempionatının 1-ci liqasında 4-cü turu başladı.

Üç gün ərzində keçiriləcək oyunlar PFL-in "1-ci liqa/2-ci liqa" "yutub" kanalında canlı yayınlandı.

Tur paytaxtda keçirilən "Cəbrayıl" - "Qaradağ Lökbatan" görüşüylə başladı - 3:0. İkinci qarşılaşmada autsayder "Difai" lider "Karvan"a uduzdu. Növbəti oyuna Mingəçevirdə şahidlik etdik. Bölgənin eyniadlı təmsilçisi də xoşbəxt günlərini yaşamır. Bu üzdən ötən həftə "Qaradağ Lökbatan"ın qapısından 4 cavabsız top keçirən "Zaqatala" ilə oyun yetərincə gərgin keçdi və qonaqlar qalib gəldi - 3:2. "İmişli" - MOİK matçı isə Saatlıda baş tutdu. Ona görə ki, Heydər Əliyev adına İmişli şəhər stadionunda təmir-bərpa işləri hələ başlamayıb. Rəqibiylə müqayisədə uğursuz olan MOİK bu dəfə də məğlubiyyətlə barışdı - 0:3. Nəhayət, tura bu gün "Baku Sportinq" - "Qəbələ" oyunuyla yekun vuruldu. Çempionluğa iddialı komandaların qarşılaşmasında "qırmızı-qaralar" qalib gəldi - 2:0.

2 oktyabr
Cəbrayıl – Qaradağ Lökbatan 3:0

Taleh Qarayev, 3, 30. Zeynəddin Abdurahmanov, 80.
Bakı, "ASCO Arena". Saat 13.30.

3 oktyabr
Difai – Karvan 1:4

Xəyyam Məmmədli, 46 - Emil Qasımov, 17, 61. Roman Hüseynov, 81. Bəhruz Teymurov, 83 .
Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00.

Mingəçevir – Zaqatala 2:3
Tural Məmmədzadə, 66. Aqil Nəsibov, 90 - Cəlal Cəbrayılov, 8, 57. Əbu Sufyan Vaddu, 47.
Mingəçevir, Yaşar Məmmədzadə adına şəhər stadionu. Saat 15.30.

İmişli – MOİK 3:0
Seyxan Fərəcov, 35-p. 43. Bahadur Həziyev, 56
Saatlı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.00.

4 oktyabr
Baku Sportinq – Qəbələ 0:2

Vüqar Həsənov, 25. Abdullahi Şuaybu, 80.
Bakı, "Baku Sportinq Arena". Saat 15.00.

Xal durumu: Karvan - 12, Qəbələ - 10, İmişli - 9, Zaqatala - 8,Cəbrayıl - 7, Baku Sportinq - 4, Mingəçevir - 3, MOİK - 2, Difai - 1, Qaradağ Lökbatan - 0.

Bombardir: Bəhruz Teymurov (Karvan) – 5.

KƏNAN BAHADIR