Ter Ştegeni kim əvəz edəcək?

1.10.2024 00:23 113
Dünya futbolu
Mark-Andre ter Ştegenin ağır zədə alması “Barselona”da ciddi narahatlıq doğurub.

Baş məşqçi Hans-Diter Flik uzun meddətə sıradan çıxan qapıçının əvəzinə yeni qapıçı axtarıb-axtarmayacaqları ilə bağlı sualı cavablandırıb.

Qeyd edək ki, La Liqanın 6-cı turunun “Vilyarreal”la matçında sıradan çıxan Ter Ştegenin təxminən 9 ay yaşıl meydanlardan kənarda qalacağı məlum olub. Flik komandanın digər qapıçısı İnyaki Penaya şans verəcəklərini söyləyib:

“Yeni qapıçı ilə müqavilə imzalamaq? Əvvəla, İnyaki Pena hazırda çox yaxşı vəziyyətdədi. O, peşəkardı. Biz Penaya arxayınıq. İkinci qapıçı olmaq həmişə çətindi, amma o, oynamağa hazırdı. Bundan sonra nə edəcəyimizi müzakirə edəcəyik. Çox gənc futbolçularımız var. Hazırda üzərimizdə heç bir təzyiq hiss etmirik. İnyaki ilə özümüzü rahat hiss edirik”.