“Barselona”nın kapitanı ola bilər

30.07.2024 18:07 296
Dünya futbolu
Mark-Andre ter Ştegen yeni mövsüm ərəfəsində xüsusi status qazana bilər.

“Football-plus.az” xəbər verir ki, onun “Barselona”nın kapitanı olmaq şansı yüksək dəyərləndirilir. Almaniyalı qapıçının yeni baş məşqçi Hans-Diter Flik ilə ünsiyyətdə dil problemi olmayacaq. Bu səbəbdən Mark-Andrenin kapitan sarğısını daşımaq imkanı daha çoxdu.

İspaniya mənbələri Frenki de Yonq və Ronald Arauxonun vitse-kapitan statusunu qoruyacaqlarını da xəbər verir. Onların sıralarına daha bir oyunçu da qoşulacaq. Bu planda Robert Levandovski ilə Pedrinin şansı yüksəkdi. Kapitan və vitse-kapitanlarla bağlı qərar komandanın Joan Qamper Kuokunda keçirəcəyi oyundan sonra veriləcək.