Ter Ştegen: lap az qalıb

25.01.2024 16:55 180
Dünya futbolu
Mark-Andre ter Ştegenin yaşıl meydanlara qayıdacağı vaxt müəyyənləşib.

Bunu “Barselona”nın zədəli qapıçısı özü açıqlayıb.

“Sport” qəzetinin xəbərinə görə, 31 yaşlı futbolçu bu barədə belə deyib:

“İki həftəyə hazır olacağam. Özümü yaxşı hiss edirəm” .

Xatırladaq ki, almaniyalı qapıçı ötn il dekabrın əvvəlində belindən əməliyyat olunub. O, cari mövsümdə “Barselona”nın heyətində 17 oyuna çıxıb və 15 qol buraxıb.