Ter Ştegenin aqibəti məlum oldu

21.08.2023 15:25 241
Dünya futbolu
Mark-Andre ter Ştegenin aqibəti məlum olub.

"Football-plus.az" xəbər verir ki, Almaniya yığmasının qapıçısı “Barselona”dan ayrılmayacaq. “Marca” qəzetinin məlumatına görə, 31 yaşlı futbolçu ilə yeni müqavilə üzrə danışıqlarda razılıq əldə olunub. Mark-Andrenin nümayəndələri bu həftə idman direktorları Mateu Alemani və Deku Souza ilə görüşüblər. Danışıqlardan sonra qapıçı ilə əməkdaşlığı davam etdirmək qərara alınıb.

Futbolçu ilə müddəti 2028-ci ilə qədər razılaşdırılan müqavilə imzalanacaq. Eyni zamanda, Ter Ştegen qarşıdakı iki ildə maaşının bir hissəsindən imtina edəcək. Xatırladaq ki, o, “Barselona”da 2014-cü ildən çıxış edir. Qapıçı La Liqada 256 oyun keçirib.