• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Postsovet məkanı üçün uğursuz start - Ten Haqın “Yunayted”i: son 9 oyunda bir qələbə...

Avropa Liqası

28-09-2024, 20:0

Sentyabrın 25-də Avropa Liqasının (AL) 2024/25 mövsümünün əsas mərhələsinə start verildi. Bəri başdan ilk turun postsovet məkanından olan komandalar üçün uğursuz alındığını bildirək.

Məlum olduğu kimi, artıq avrokuboklarda qrup mərhələsi ləğv olunub və 8 qrupun əvəzinə vahid liqa mərhələsi tətbiq edilib. Komandaların sayı isə 32-dən 36-ya qədər artırılıb. AL-də bu qədər iştirakçı qrupda olduğu kimi 3 komanda ilə 6 oyun deyil, 8 fərqli rəqiblə 8 oyun keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq (eyni sistem Çempionlar Liqasında da tətbiq edilib, Konfrans Liqasında da 36 iştirakçı olacaq, amma orada komandalar əsas mərhələdə 3-ü evdə, 3-ü səfərdə olmaqla 6 oyun keçirəcəklər). Ümumi turnir cədvəlində 1-8-ci yerləri tutanlar 1/8 finala vəsiqə qazanacaqlar, 9-24-cü yerləri tutan komandalar bu mərhələyə çıxmaq üçün iki matçdan ibarət pley-offda gücünü sınayacaqlar. Əsas mərhələni 25-36-cı yerlərdə başa vuracaq iştirakçılar üçün isə avrokubok mövsümü sona çatacaq.

Təəssüf ki, vahid liqa mərhələsi yeganə təmsilçimiz üçün uğursuz başladı. “Qarabağ” Londonda “Tottenhem”dən 3 cavabsız top buraxdı. Postsovet məkanından olan digər komandalar da darmadağına məruz qaldılar: Kiyev “Dinamo”su məlum səbəbdən neytral meydanda – Almaniyanın Hamburq şəhərində keçirilən ev oyununda “Latsio”ya 0:3, RFŞ isə “Qarabağ”ın rəqiblərindən olacaq FKSB-yə 1:4 hesabı ilə uduzdu.

İlk turda “Mançester Yunayted”in evdə “Tvente”yə qalib gələ bilməməsi diqqəti cəlb edən nəticələr sırasında oldu. İngiltərə nəhəngini fasilə ərəfəsində gözəl zərbə ilə önə keçirən Eriksenin ikinci hissədəki səhvi niderlandlılara cavab qolunu vurmaq imkanı yaratdı. Nəticədə ortaya MY-nin adına yaraşmayan belə statistika çıxdı: “qırmızı şeytanlar” ardıcıl 4-cü avrokubok mövsümünə qələbəsiz başladılar – 3 məğlubiyyət, 1 heç-heçə. Komandanın Erik ten Haqın başçılığı altında qitə kuboklarında keçirdiyi son 9 oyundan yalnız birində qalib gəlməsi (3 heç-heçə, 5 məğlubiyyət) də diqqətdən yayınmayan faktdı.

“Midtüllann” – “Hoffenhaym” matçı da 1:1 hesabı ilə nəticələndi. Almaniyalıları Danimarkada məğlubiyyətdən son dəqiqədə Moerştedt xilas etdi. 18 yaşlı futbolçunun akrobatik tullanışla əsas komandada ilk qolunu vurduğunu qeyd edək. Maraq üçün onun “Bavariya”nın yetirməsi olduğunu da bildirək. Qitənin aparıcı 5 liqasının bir sıra təmsilçiləri arasındakı oyunlar - “Nitsa” - “Real Sosyedad” və “Roma” - “Atletik” matçları da 1:1 hesabıyla sona çatdı. 1-ci turun ən məhsuldar oyunu da “sülh”lə nəticələndi: Almaniyanın Frankfurt şəhərində baş tutan “Ayntraxt” – “Viktoriya” (Plzen) duelində 3:3 hesabı qeydə alındı.

Əsas mərhələnin açılış turunda diqqəti cəlb edən nəticələrdən biri də Norveçdə qeydə alındı. Yerli “Bude/Qlimt” turnirin favoritləri sırasında göstərilən “Portu”nu 3:2 hesabıyla məğlub etdi. Qələbədə dubl edib məhsuldar ötürmə ilə böyük rol oynayan 24 yaşlı hücumçu Hauqenin 2020/21 mövsümündə “Milan”ın formasını daşıdığını, sonra Frankfurt “Ayntraxt”ına keçdiyini xatırladaq. Ədalət naminə norveçlilərin 7 dəfə seyv edən rusiyalı qapıçısı Xaykinin əməyini də qeyd etməliyik.

İlk turun qəhrəmanları sırasında dubl edən Van Bommel (Alkmaar), Dia (Latsio), Olaru (FKSB), Qodts (Ayaks) və Bruma (Braqa) da var. Məlumunuz olsun ki, 20 yaşlı Ruben Van Bommel yaxın keçmişin məşhur oyunçularından olan Mark Van Bommelin oğludu.

əsas mərhələ, 1-ci tur
Mançester Yunayted (İngiltərə) - Tvente (Niderland) 1:1

Eriksen, 35 – Lammers, 68.
Mançester Yunayted: Onana, Mazraui, Maquayr, Martines, Dalot, Uqarte, Eriksen (Maynu, 78), Diallo (Qarnaço, 67), Fernandeş, Reşford (Höylunn, 79), Zirkzee (Maunt, 79).

Dinamo (Ukrayna) - Latsio (İtaliya) 0:3
Dia, 5; 35. Dele-Başiru, 34.
Latsio: Provedel, Luka Pelleqrini, Romanyoli, Patrik (Xila, 57), Maruşiç, Vesino, Rovella, Dele-Başiru (Noslin, 79), Pedro (Zakkanyi, 68), Çauna (İsaksen, 57), Dia (Kastelyanos, 68).

Midtüllann (Danimarka) - Hoffenhaym (Almaniya) 1:1
Osorio, 42 – Moerştedt, 90.
Hoffenhaym: Baumann, Nsoki (Dreksler, 73), Akpoquma, Qrilliç, Qlojek, Bruun Larsen (Prass, 61), Jandre (Kaderjabek, 67), Tohumcu, Bisxof, Bülter (Moerştedt, 53), Tabakoviç (Berişa, 61).

Nitsa (Fransa) - Real Sosyedad (İspaniya) 1:1
Rosario, 45 – Barreneçea, 18.
Nitsa: Bulka, Dante, Bombito, Ndayşime, Bar, Kloss, Luşe (Ndombele, 68), Rosario, Qessan, Mukoko (Orakpo, 74), Buanani (Diop, 68).
Real Sosyedad: Remiro, Munyos (Xavi Lopes, 60), Odriosola (Aramburu, 60), Paçeko, Martin, Subeldiya, Marin, Subimendi, Mendes (Suçiç, 69), Oyarsabal (Ouskarsson, 80), Barreneçea (Bekker, 60).

Roma (İtaliya) - Atletik (İspaniya) 1:1
Dovbik, 32 – A.Paredes, 85.
Roma: Svilar, Anxelinyo, Ndika, Ermoso, Mançini, Çelik (Əbdülhəmid, 71), Kristante, Kone (L.Paredes, 81), Baldantsi (Pisilli, 63), Dibala (Sule, 46), Dovbik (Şomurodov, 81).
Atletik: Aqirresabala, Yuri, Qorosabel (De Markos, 69), Vivian (Nunyes, 80), A.Paredes, Prados (A.Errera, 60), De Qalarreta, U.Qomes (Berenger, 60), İ.Uilyams, Quruseta, Calo (N.Uilyams, 60).

Ayntraxt (Frankfurt, Almaniya) - Viktoriya (Plzen, Çexiya) 3:3
Ekitike, 38. Dina Ebimbe, 62. R.Kristensen, 67 – Şults, 41. Adu, 86. Yemelka, 90+3.
Ayntraxt: Kaua Santos, R.Kristensen (Kollinz, 80), Tuta, Nkunku, Teate, Sxiri, Daud (Larsson, 71), Marmuş, Knauff (Dina Ebimbe, 60), Matanoviç (Şaibi, 60), Ekitike (Baoyya, 71).

Lion (Fransa) - Olimpiakos (Yunanıstan) 2:0
Şerki, 65. Benrahma, 71.
Lion: Lukas Perri, Talyafiko, Mata, Çaleta-Sar, Matiç (Tessmann, 68), Tolisso, Meytlend-Nayls, Şerki (Benrahma, 68), Lyakazett (Mikautadze, 75), Fofana (Zaha, 67), Nuama (Diavara, 81).

Tottenhem (İngiltərə) - QARABAĞ (AZƏRBAYCAN) 3:0
Conson, 12. Sarr, 52. Solanke, 68.
Bude/Qlimt (Norveç) - Portu (Portuqaliya) 3:2
Hög, 15. Hauqe, 40; 62 – Omorodion, 8. Gül, 90.
Alkmaar (Niderland) - Elfsborq (İsveç) 3:2
Van Bommel, 44; 50. Perrott, 74-p. – Ouma, 23. Hedlund, 53.
Qalatasaray (Türkiyə) - PAOK (Yunanıstan) 3:1
Baba, 48-öz qapısına. Akgün, 76. İkardi, 90+5 – Konstantelias, 67.

Anderlext (Belçika) - Ferentsvaroş (Macarıstan) 2:1
Versxaren, 60. Dolberq, 66-p. – A.Traore, 86.

Ludoqorets (Bolqarıstan) - Slaviya (Çexiya) 0:2
Yurasek, 37. Xitil, 65.

Fənərbaxça (Türkiyə) - Yunion (Belçika) 2:1
Söyüncü, 26. Bercess, 82-öz qapısına – Sayks, 90+3.

Malmo (İsveç) - Reyncers (Şotlandiya) 0:2
Bayrami, 1. Makkozlend, 76.

Ayaks (Niderland) - Beşiktaş (Türkiyə) 4:0
Fitz-Cim, 31. Qodts, 51; 73. Teylor, 55.

Braqa (Portuqaliya) - Makkabi (Təl-Əviv, İsrail) 2:1
Bruma, 88; 90+5 – Davida, 30-p.

FKSB (Rumıniya) - RFŞ (Latviya) 4:1
Bırlica, 8. Ştefanesku, 32. Olaru, 58; 69 – Lipuşçek, 23.

Bombardirlər: Dia (Latsio), Olaru (FKSB), Qodts (Ayaks), Hauqe (Bude/Qlimt), Bruma (Braqa), Van Bommel (Alkmaar) - 2.

Növbəti turun oyunları oktyabrın 3-də keçiriləcək: QARABAĞ – Malmö, RFŞ – Qalatasaray, Ferentsvaroş – Tottenhem, Makkabi T-Ə – Midtüllann, Olimpiakos – Braqa, Real Sosyedad – Anderlext, Latsio – Nitsa, Slaviya – Ayaks, Hoffenhaym – Dinamo, Atletik – Alkmaar, Beşiktaş – Ayntraxt F, Portu - Mançester Yunayted, Tvente – Fənərbaxça, Viktoriya P – Ludoqorets, Elfsborq – Roma, PAOK – FKSB, Yunion – Bude/Qlimt, Reyncers – Lion.

Paylaş:
Digər xəbərlər

Avrokuboklar

3-09-2024, 12:0

Avrokuboklarda yeni səhifə açıldı!

Avropa Liqası

14-10-2022, 11:0

"Avroliyaqa gələcək uğursuz akulaları unutmamalıyıq"

Dünya futbolu

4-09-2024, 14:0

Kiyev “Dinamo”su pley-offda dayandı - ŞƏRH

Dünya futbolu

28-01-2024, 20:0

Tacikistan tarixində ilk dəfə pley-offa çıxdı

Çempionlar Liqası

15-03-2024, 14:0

Daha bir yenilik: ÇL-in püşkünü kompüter atacaq!

Dünya futbolu

8-11-2023, 19:0

Dortmundlular UEFA-ya etiraz etdilər

Aktual
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
Son xəbərlər
  • Bu gün, 20:00
    "Qarabağ"la "Zirə" başladı - YENİLƏNİR
  • Bu gün, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Bu gün, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Bu gün, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Bu gün, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Bu gün, 16:56
    Florensiyanı tərk etdi
  • Bu gün, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Bu gün, 15:49
    Niderlandda qərar tutdu
  • Bu gün, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Bu gün, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Bu gün, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Bu gün, 13:57
    Salahın meneceri transferi yubadır
  • Bu gün, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Bu gün, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Bu gün, 12:25
    Avropada 10-cu qol
  • Bu gün, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə