"Avroliyaqa gələcək uğursuz akulaları unutmamalıyıq"

14.10.2022 11:32 350
Avropa Liqası
"Roma"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 2022/23 mövsümünün pley-off mərhələsi ilə bağlı fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı mütəxəssisin fikrincə, turnirin bu mərhələsi, o cümlədən Çempionlar Liqasının qrup üçüncüləri olan top-klubların iştirak edəcəyinə görə, çox çətin olacaq.

“Betis”i çempionluğa əsas namizəd görürəm. Amma Çempionlar Liqasından Avroliyaqa gələcək uğursuz akulaları unutmamalıyıq. Ağır oyunlar olacaq (gülür).

Biz qrupda ikinci yeri tutmaq istəyirik. Üçüncü yeri tutsaq, Konfrans Liqasında titulumuzu qoruyacağıq”.


Qeyd edək ki, hazırda Çempionlar Liqasında qruplarında üçüncü yeri tutan komandalar arasında “Barselona", "Yuventus", "Ayaks", "Atletiko", "Milan", "Sevilya" kimi klublar var.