Voytsex Şçensnı karyerasını bərpa etməyə çox yaxındı.
Polşalı qapıçı “Barselona” ilə razılığa gəlib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 34 yaşlı futbolçu bu yay karyerasını başa vurmasına baxmayaraq, İspaniya klubunun təklifini qəbul edib. Onunla tibbi müayinədən keçdikdən sonra birillik müqavilə imzalancağı bildirilir.
Xatırladaq ki, “Barselona”nın əsas qapıçısı Mark-Andre ter Ştegen zədə səbəbindən 8 aylığa sıradan çıxıb.