“Mançester Yunayted” onunla razılığa gəldi

22.06.2023 23:51 235
Dünya futbolu
Meyson Maunt tezliklə “Çelsi”ni tərk edə bilər.
“Mançester Yunayted” onunla razılığa gəlib.


Bu xəbəri yayan insayder Fabritsio Romano MY-nin undan sonra “Çelsi” ilə danışıq aparacağını qeyd edib. Paytaxt klubu yarımmüdafiəçinin satışından təxminən 70-75 milyon avro qazanmaq istəyir.

Xatırladaq ki, londonlular bir neçə gün əvvəl qarşı tərəfin 50 milyon funt sterlinq məbləğində olan təklifini qəbul etməmişdilər.