“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen zədəsini sağaldıb.
O, komanda ilə məşqlərə başlayıb. Alman futbolçu 3 aylıq fasilədən sonra komandasının “Qranada” ilə növbəti matçda meydana çıxa biləcək.
Xatırladaq ki, Mark-Andre belindəki ağrılar səbəbindən ötən ilin noyabr ayının 12-dən rəsmi oyunlarda görünməyib. O, dekabrda əməliyyat olunmuşdu.