Avstraliya yığmasında baş məşqçi problemi yoluna qoyulub. Qrehem Arnoldun xələfi müəyyənləşib.
O, bir neçə gün əvvəl yığmadakı 6 illik fəaliyyətini başa vurmuşdu. 61 yaşlı mütəxəssis 2018-ci ilin yayında təyinat aldığı komandanı qeyri-qənaətbəxş nəticələrə görə tərk etmişdi. DÇ-2026-nın son seçmə oyunlarında Bəhreynə məğlubiyyət (0:1) və İndoneziya ilə heç-heçə (0:0) yerli futbol qurumunu qane etmədiyi üçün Arnoldun yerini Toni Popoviç turub. 51 yaşlı mütəxəssis ilə imzalanan müqavilənin müddəti 2 illikdi. Popoviç Avstraliya yığmasında 1995-2006-cı illərdə 58 oyun keçirib və 8 qol vurub.
O, məşqçilik karyerası ərzində yerli “Sidney”, “Vestern Sidney Uonderers”, “Pert Qlori”, “Melburn Viktori”ni, ölkə xaricində isə “Kristal Pelas” (İngiltərə), “Karabükspor” (Türkiyə) və “Ksanti” (Yunanıstan) klublarını çalışdırıb.
Milli komandada yeni təyinat
Dünya futbolu






