Avstraliya yığmasında baş məşqçi problemi yaranıb.
"Football-plus.az" xəbər verir ki, Qrehem Arnold artıq bu komandanı çalışdırmır.
O, yığmadakı 6 illik fəaliyyətini başa vurub. 61 yaşlı mütəxəssis komandaya 2018-ci ilin yayında təyinat almışdı. Arnold ötən müdətdə yığmanı 55 oyuna çıxarıb. Komanda bu oyunlardan 35 qələbə, 7 heç-heçə və 13 məğlubiyyət ilə ayrılıb.
Arnoldun 2000-06-cı və 2008-10-cu illərdə yığmada köməkçi-məşqçi, 2006-07-ci illərdə isə baş məşqçinin əvəzedicisi funksiyasını yerinə yetirdiyini də xatırladaq.