Keyruşun xələfi məlum oldu

19.04.2022 12:31 469
Dünya futbolu
Misir yığmasında baş məşqçi problemi yoluna qoyulub. Komandaya Ehab Qalal təyinat alıb.

54 yaşlı mütəxəssis yığmanı DÇ-2022-nin final mərhələsinə çıxara bilmədiyi üçün istefa verən portuqaliyalı Karluş Keyruşun yerini tutub. Qalal yerli “Piramids” klubuna da rəhbərlik edir. Bu komanda hazırda Misir çempionatının yüksək liqasında 18 iştirakçı sırasında 3-cü yeri tutur.