• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” qeyri-qanuni bukmeker şirkəti ilə əməkdaşlıq edib?

Dünya futbolu

24-09-2024, 19:0

Həftəiçi “Qalatasaray”la bağlı mühüm olaylar yaşandı. Bu olaylar üzündən bu gün keçiriləcək derbi ərəfəsində iki əzəli rəqib arasında münasibətlər yenə gərginləşib.

Məsələ burasındadı ki, “Cim-Bom” bir müddət öncə “Meritking.news” xəbər saytı ilə sponsorluq anlaşması imzaladığını açıqladı. Bu mövsümün sonuna qədər komandanın formasının arxasında məhz bu saytın adı qeyd olunmalıydı. Bunun qarşılığında İstanbul nəhəngi 7 milyon dolları nəğd olmaqla 14 milyon dollar qazanacaqdı! Anlaşmanın detalları ictimaiyyətə açıqlanan kimi sosial şəbəkələrdə qiyamət qopdu. Həqiqətən də cəmi 2-3 ay öncə yaradılan, oxunma və izləyici sayı az olan sıradan bir saytın belə böyük məbləğ ödəməyə razılıq verməsi dərhal diqqəti cəlb etdi. Amma sən demə, reallıq başqa cür imiş. Artıq uzun illərdi ki, Türkiyədə “Meritkinq” adlı qeyri-qanuni bukmeker saytı fəaliyyət göstərir. Yəni dərhal “Qalatasaray”ın məhz bu şirkətlə müqavilə imzalaması və sadəcə, gözdən pərdə asmaq üçün yanına “news” sözünü əlavə etməsi barədə ciddi söz-söhbət yayıldı. Çox keçmədən məlum oldu ki, “Qalatasaray” bu şirkətlə müqaviləyə “hər hansı bir problem yaşanarsa, sözləşmə ləğv ediləcək” maddəsi saldırıbmış. Bu da onu göstərir ki, “sarı-qırmızılar” özləri də bu şirkətin şübhəli olduğunu bilirdilər. Başqa sözlə deəsk, Türkiyənin ən böyük klublarından biri göz-görə-görə qeyri-qanuni bukmeker şirkəti ilə əmədaşlığa başlayıbmış. Hətta məlum olub ki, bu şirkətin qurucusu şimali kiprli Fedlan Kılıçaslan qeyri-qanuni fəaliyyətinə görə bir neçə dəfə həbs olunub.

Bu qalmaqallı anlaşma ictimaiyyətə açıqlanandan bir neçə gün sonra isə “Spor Toto” təşkilatı Cümhuriyyət prokurorluğuna rəsmi şikayət ünvanladı. 2010-23-cü illərdə Türkiyə çempionatının ana sponsoru olan təşkilat “Qalatasaray”dan başqa “Adana Dəmirspor”la “Sivasspor”un da sözügedən qeyri-qanuni bukmeker şirkəti ilə əlaqələrinin yoxlanılmasını tələb etdi. Çünki həm “Adana Dəmirspor”un, həm də “Sivasspor”un ev oyunları zamanı stadionun kənarındakı LED reklam lövhələrində “Meritkinq”in reklamına rast gəlmək mümkündü. Ancaq hər iki klub həmin lövhələrdə yerləşdirilən reklamlara görə cavabdehlik daşımadıqlarını bildiriblər. Çünki orda reklam yerləşdirən şirkət tenderlə müəyyənləşir. Həmin şirkətin adı isə “Sezgi Ajans”dı.

Qısası, qalmaqalın getdikcə böyüdüyünü görən “Qalatasaray” “Meritkinq.news” ilə anlaşmanın müvəqqəti dondurulduğunu açıqladı! Klubun rəsmi açıqlamasında “tələb olunan sənədlər, məlumatlar və digər iddialar dəqiqləşənə qədər əməkdaşlığı dayandırırıq” sözlərinə yer verildi. Maraqlıdı, görəsən, kluba nəğd edənilən 7 milyon dolların aqibəti necə olacaq? Bu arada “Fənərbaxça” da bu qalmaqaldan kənar durmamaq qərarına gələrək əzəli rəqibini “sancıb”. Belə ki, “sarı-lacivərdlilər”in idarə heyətinin üzvü və baş hüquqşünası Fethi Pekin klub saytına açıqlamasında “Qalatasaray”dan 7 (!) ayrı quruma – Gənclər və İdman Nazilriyinə, Daxili İşlər Nazirliyinə, Maliyyə Nazirliyinə, Sərmayə Bazarı Qurumuna, “Spor Toto” Təşkilat Başqanlığına, Banklar Birliyinə və TFF-yə şikayət etdiklərini açıqlayıb. “Qalatasaray”ın ikinci başqanı Mətin Öztürk isə buna cavab olaraq “meydanda qalib gələ bilməyən bu zehniyyət bizi meydandan kənar olaylara çəkmək üçün yeni oyunlara əl atır. Klubumuzun hesabını verə bilməyəcəyi heç bir mövzu yoxdu” ifadəsini işlədib. Bütün bunlar bugünkü derbi ərəfəsində onsuz da gərgin olan ab-havanı daha da gərginləşdirib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-06-2023, 14:0

''Qalatasaray''ın stadionun yeni sponsoru bəlli oldu

Dünya futbolu

3-07-2022, 13:0

“Qalatasaray” yeni anlaşma ilə rekord qıracaq

Dünya futbolu

21-11-2023, 19:0

''Qalatasaray''dan 25 milyon avroluq sponsorluq anlaşması

Dünya futbolu

5-07-2023, 17:0

“Qalatasaray” sponsorluq anlaşmalarından nə qədər qazanacaq?

Dünya futbolu

20-08-2023, 12:0

Ziyeşin transferinin detalları bəlli oldu

Dünya futbolu

10-08-2024, 13:0

''Qalatasaray''ın bahalı transferi almanları hiddətləndirdi

Aktual
"Sabah"ın məğlub heyəti, qələbə həsrəti - "bayquşlar" ÇL-yə hazırdımı?
“Xızıroğlu” Xızır kimi yetişdi
Boqomolski coşdu – 10 oyunda 0 qol, 4 oyunda 4 qol!
Bakıda keçiriləcək dünya çempionatı ətrafında qalmaqal - Avropa Parlamentinin üzvləri FİFA prezidentinə müraciət etdi
İlahi Ədalət budu – sövdələşən yığmalardan 5-i evə yollandı!
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Son xəbərlər
  • Bu gün, 12:27
    ''Beşiktaş'' gənc qürbətçini transfer etdi
  • Bu gün, 11:58
    "Sabah"ın məğlub heyəti, qələbə həsrəti - "bayquşlar" ÇL-yə hazırdımı?
  • Bu gün, 11:32
    Milandan Turinə yollana bilər
  • Bu gün, 11:00
    Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə!
  • Bu gün, 10:31
    Karyerasını başa vurdu
  • Bu gün, 10:00
    Tanınmış qapıçı daha bir il Türkiyədə oynayacaq
  • Dünən, 23:53
    “Xızıroğlu” Xızır kimi yetişdi
  • Dünən, 23:12
    "Qarabağ"dan 1-ci liqa klubuna keçdi
  • Dünən, 22:40
    "Turan Tovuz" yeni qapıçı transfer etdi
  • Dünən, 22:19
    İtaliya klubunu tərk etdi
  • Dünən, 21:48
    Boqomolski coşdu – 10 oyunda 0 qol, 4 oyunda 4 qol!
  • Dünən, 21:26
    Səbayıl "Uzgen"ə keçdi
  • Dünən, 21:12
    “Neftçi” yarımfinalda
  • Dünən, 20:43
    Sinenka da "İmişli"dən getdi
  • Dünən, 20:12
    Milli komandanı tərk etdi
  • Dünən, 19:41
    ''Trabzonspor''un yeni transferi Argentinaya vurduğu qoldan sonra nələr dedi?
  • Dünən, 19:10
    Matç zamanı silahlı insident baş verib - DÇ-nin QORXUSU
  • Dünən, 18:40
    ''Qalatasaray''ın hazırlıq oyunlarında rəqibləri bəlli oldu
  • Dünən, 18:00
    “Karvina” “Turan Tovuz”un taleyini yaşadı, “Qarabağ”ın yolu açıldı
  • Dünən, 17:30
    400-dən çox PUA müsadirə edilib - DÇ-nin FAKTI
  • Dünən, 17:02
    Milli futbolçunu ağır cəza gözləyir – DÇ-nin EHTİMALI
  • Dünən, 16:30
    "Sabahın Ulduzları" ilə bağlı tədbir keçirildi
  • Dünən, 16:14
    "Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
  • Dünən, 15:37
    DÇ oyunundan sonra azı 4 nəfər yaralandı - DÇ-nin MƏYUSLUĞU
  • Dünən, 15:04
    Niderland yığmasının üzvü ''Fənərbaxça''da!
  • Dünən, 14:35
    "İmişli"də daha bir ayrılıq
  • Dünən, 14:00
    Bakıda keçiriləcək dünya çempionatı ətrafında qalmaqal - Avropa Parlamentinin üzvləri FİFA prezidentinə müraciət etdi
  • Dünən, 13:52
    Mançesterdən Madridə yollandı
  • Dünən, 13:30
    "Xankəndi" baş məşqçisi ilə bağlı qərarını açıqladı
  • Dünən, 13:15
    Tamaşaçı rekordu yeniləndi - DÇ-nin REKORDU
  • Dünən, 12:17
    Məşqçi ölümlə hədələnir
  • Dünən, 11:46
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 11:28
    Argentina öldü, öldü, dirildi - DÇ səhəri
  • Dünən, 11:15
    Uğursuzluğa görə istefa verdi - DÇ-nin ZƏRURƏTİ
  • Dünən, 10:49
    "Sabah" “Qarabağ”ın uzun müddətdi davam edən hegemonluğuna son qoyub" - "Nyu Seynts"dən "bayquşlar"a "bəy tərifi"
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 241
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 162
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
Oxunub: 150
“Turan Tovuz” “Fənərbaxça” ilə nə vaxt qarşılaşacaq?
Oxunub: 145
“Hər ehtiyacları mənim tərəfimdən qarşılanacaq” – Mahir Şükürovun məktəbi işə başladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə