''Qalatasaray''dan 25 milyon avroluq sponsorluq anlaşması

21.11.2023 19:51 211
Dünya futbolu
Türkiyənin son çempionu ''Qalatasaray'' yeni sponsorluq anlaşması imzalayıb.

"Football-plus.az" xəbər verir ki, belə ki, ''Cim-Bom''un forması gələn mövsümdən etibarən ''Puma'' şirkəti tərəfindən hazırlanacaq. Müqavilə gələn ilin iyulun 1-dən qüvvəyə minəcək və 5 mövsüm, daha dəqiq desək 2029-cu ilin iyunun 30-na qədər keçərli olacaq. Bu müddətdə ''Puma'' ''sarı-qırmızılar''a 25 milyon avro ödəyəcək. Bundan başqa müqavilədə uğurlu nəticələr üçün nəzərdə tutulmuş bonuslar da mövcuddu. ''Puma'' klub atributlarının satışı ilə də məşğul olacaq.

Qeyd edək ki, son illərdə ''Qalatasaray''ın formasını ''Nayk'' şirkəti hazırlayırdı. Amma ''Nayk'' ilə olan müqavilənin müddəti gələn yay başa çatacaq.

ƏLİ