19 yaşadək qadın futbolçulardan ibarət yığmamız Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan yığmamız Şimali Makedoniya ilə üz-üzə gəlib. Serbiyanın Stara Pazova şəhərində keçirilən qarşılaşma Makedoniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, komandamız ilk turda Serbiyaya 0:3 hesabı ilə uduzub. Millimiz qrupda sonuncu matçını dekabrın 2-də Monteneqroya qarşı keçirəcək.
Milıimiz Şimali Makedoniyaya məğlub oldu
Ölkə futbolu





