"Qəbələ" Misli premyer-liqasının 13-cü turunda "Şamaxı"ya uduzdu - 0:2.
"Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Yeton Bekiri oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- "Şamaxı"nı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün bir neçə kobud səhvə yol verdik. Belədə, rəqibə hədiyyə etmiş olduq. İkinci hissə başlayanda qapıçımız qırmızı vərəqə ilə cəzalandırıldı. Bu cür ciddi liqada bir nəfər azlıqda oynamaq çətindi. Elə bunun da nəticəsində daha bir qol buraxdıq.
- İki bərabər səviyyəli komanda oynayırdı. Nəyə görə uduzan tərəf siz olduz?
- Futbolda belə səhvlər olur. Çalışırıq ki, bu cür səhvlərə yol verməyək. Birinci hissədə bir neçə qol imkanımız var idi. Sona yaxın qol fürsətləri də əldə etdik. İkinci hissənin əvvəlində qırmızı vərəqə almağımız bizi pis vəziyyətə saldı.
- Futbolçularla probleminiz var? Çünki bəzi oyunçular əvəzetmə zamanı birbaşa paltardəyişmə otağına yollandı...
- Xeyr, futbolçularla heç bir problemimiz yoxdu. Sadəcə belə oyundan sonra onlar da əsəbi halda olur. Siz dediyiniz məsələlərə heç fikir verməmişəm. Hansısa oyunçu dəyişiklik zamanı gəlib görüşməyə məcbur deyil. Bu, mənim üçün önəmli deyil.
- Ölkə kubokunda 1-ci liqanın lideri ilə oynayacaqsız. Bu matçda əsas hədəfiniz nədi?
- Əlbəttə, bu oyuna maksimum dərəcədə hazırlaşacağıq. Qalib gəlmək istəyirik. Qısa müddətdə bir neçə oyun keçirəcəyik. Digər tərəfdən, ardıcıl dörd oyunun hamısı səfərdə oldu. "Zirə", "Şəfa", "Şamaxı"... Növbəti turda "İmişli" ilə oynayacağıq. Bunları bəhanə kimi demirəm. Hər oyunda qələbə qazanmağa çalışmalıyıq.
"Bu cür ciddi liqada bir nəfər azlıqda oynamaq çətindi" - Yeton Bekiri
Ölkə futbolu / Manşet





