• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barsa” və “Atletiko” darmadağın etdi, “Real” penaltilərlə qazandı - İCMAL

Dünya futbolu

21-09-2024, 22:0

La Liqada hesabat turu nəhənglərin inamlı qələbələri ilə əlamətdar oldu. “Barselona” və “Atletiko” rəqiblərini darmadağın etdi, “Real” da bir elə əziyyət çəkmədi. Turnir cədvəlinin yuxarı hissəsində qərarlaşan ənənəvi favoritləri “Vilyarreal” izləyir. “Sarılar” “Malyorka”nın qapısından qələbə topunu 90+4-cü dəqiqədə keçirdi.

“Barselona” “Jirona”dan ötən mövsümdəki məğlubiyyətin qisasını aldı. Özü də rəqibin meydanında və darmadağınla! İlk yarıda Yamal iki dəfə fərqləndi, meydan sahibləri isə çoxlu səhvə yol verdi. Referi qonaqların qapısına penalti təyin etdi, sonra da qərarını dəyişdi. Bu qərar Miçelin komandasını lap ruhdan saldı. 2-ci hissənin əvvəlində Olmo “Barsa”nın 3-cü qolunu vurdu, ardından Pedri fərqi artırdı. Sona yaxın favorit daha arxayın oynamağa başladı və “Jirona” bundan yararlandı. Stuani qollardan birinin əvəzini çıxmaqla baş məşqçiyə komandaya fayda verməyə qadir olduğunu göstərdi. İş 4:2-yə qədər uzanmadı (bu rəqiblər arasındakı son iki oyunda “Jirona” 4:2 hesabıyla qalib gəlmişdi). Yeri gəlmişkən, “Barsa” oyunu azlıqda bitirdi, Torres 86-cı dəqiqədə meydandan qovuldu. Portu ilə Yamal da az qala əlbəyaxa olacaqdı, hakim ehtirasları sarı vərəqə hesabına sakitləşdirdi. Flikin komandası La Liqada önünə çıxanı məğlub etsə də, oyunla bağlı suallar var. Əlbəttə, “Barsa” Çempionlar Liqasında daha güclü rəqiblərlə qarşılaşacaq.

“Real” cari mövsümdə 3-cü dəfə səfər oyununa çıxdı. Əslində madridlilərin oyunu xal itirdikləri əvvəlki qarşılaşmalardan bir elə fərqlənmədi. Sadəcə, bu dəfə bəxt “Real”ın üzünə güldü. Qonaqlar ilk yarıda yaxşı imkanlar yaxalasa da, Remiro Mbappe ilə Rüdigerin zərbələrindən sonra komandasını xilas etdi. “Real Sosyedad” isə 2-ci hissənin əvvəlinə qədər üç qol vurmalıydı. İlk yarının ortalarında Suçiç topu dirəyə vurdu, fasiləyə az qalmır Bekker tiri titrətdi. “Real” belə bədxərclik edənləri bağışlamır. 57-ci dəqiqədə Ardanın uzaq məsafədən zərbəsindən sonra top Qomesin əlinə dəydiyinə görə hakim “nöqtə”ni göstərdi. Penaltini Vinisius dəqiq yerinə yetirdi. Alquasil dəyişikliklər hesabına oyunun axarını dəyişməyə çalışdı. Bir neçə təhlükəli vəziyyət yaradan meydan sahibləri ardından daha bir axmaq penalti ilə cəzalandırıldı. Aramburu artıq topla vidalaşan Vinisiusu cərimə meydançasında yerə sərdi, bu dəfə Mbappe penaltini qola çevirdi. “Real” rahatca oyunu qələbəyə daşıdı, “Real Sosyedad” isə 2-ci qoldan sonr heç nə yaratmadı. Ançelotti komandasının oyununu düzəldəcək, indi nəticə daha vacibdi.

“Atletiko” La Liqada ardıcıl 2-ci qələbəsini qazandı. Özü də “hindular” ardıcıl 4-cü oyunda qol buraxmadılar. Bu oyun həm də “Valensiya”nın dərin böhran yaşadığını göstərdi. “Yarasalar” qətiyyən müqavimət göstərə bilmədi, oyun birmənalı şəkildə paytaxt kluunun diqtəsi altında keçdi. Qonaqlar oyunun əvvəlində bir neçə dəfə əks-hücum qura bilsələr də, “Atletiko” tezliklə təşəbbüsə tam yiyələndi. İlk qol daha tez vurulmalıydı, sadəcə, Sörlot üç əlverişli imkanı boşa verdi. Qrizmann ilə Lino da onun kimi. Hər halda, meydan sahibləri fasiləyə qədər hesabı aça bildi. De Paulun qapı önünə çıxardığı Qallaher “Atletiko”da ilk qolunu vurdu. “Valensiya” 2-ci hissənin əvvəlində oyunun axarını dəyişməyə çalışsa da, 54-cü dəqiqədə qapısında ikinci qolu gördü. Bu dəfə meydan sahiblərinin heyətində Qrizmann fərqləndi. “Yarasalar” bundan sonra müəyyən qədər fəallaşdılar. Amma yenə də qol onların qapısına vuruldu. Uzatma dəqiqələrində Alvares fərqi darmadağın həddinə çatdırdı. O da debüt qolunu vurdu. “Atletiko” yeni mövsümdə məğlubiyyətsiz irəliləyir. Simeonenin komandası 2-ci yerə şərikdi.

Turun qalan oyunlarına gəlincə, “Vilyarreal”ın qələbəsini girişdə vurğuladıq. “Betis”, “Selta”, “Atletik”, “Sevilya” və “Espanyol” da meydandan 3 xalla ayrıldı. Turun dünən axşam keçirilən son oyununda isə “Rayo Valyekano” “Osasuna”dan üstün oldu.

5-ci tur
Jirona – Barselona 1:4

Stuani, 80 - Yamal, 30; 37. Olmo, 47. Pedri, 64. (13891)
Jirona: Qassaniqa, Qutyerres, Blind, D.Lopes, Franses (Martines, 85), Martin, Solis, Qruneveld (Portu, 55), Sıqankov (Van de Beek, 69), Xil (Asprilya, 54), Ruis (Stuani, 69).
Barselona: Ter Ştegen, Balde, Martines, Kubarsi (Fort, 61), Kunde, Olmo (E.Qarsiya, 61), Kasado, Pedri (Viktor, 69), Rafinya, Yamal (Martin, 90+2), Levandovski (F.Torres, 69).

Real Sosyedad – Real 0:2
Vinisius, 58-p. Mbappe, 75-p. (37370)
Real: Kurtua, Mendi, Rüdiger, Militao, Karvaxal, Modriç, Valverde, Vinisius, Arda (Vaskes, 77), Dias (Rodriqo, 25), Mbappe (Endrik, 90).

Atletiko – Valensiya 3:0
Qallaher, 39. Qrizmann, 54. Alvares, 90+4. (61752)
Atletiko: Oblak, Lino (Rikelme, 67), Aspilikueta (Mandava, 77), Ximenes, Le Norman, Lyorente, Qallaher, Koke, De Paul (Korrea, 61), Qrizmann (Simeone, 76), Sörlot (Alvares, 61).

Malyorka – Vilyarreal 1:2
Albiol, 57-öz qapısına – Koşta, 27. A.Peres, 90+4. (18303)

Betis – Leqanes 2:0
Ezzalzuli, 74. Roke, 86. (48089)

Selta – Valyadolid 3:1
Alvares, 22. İqlesias, 35. Duvikas, 90+1 – Moro, 50. (21670)

Las Palmas – Atletik 2:3
Ramires, 58. Munyos, 83 – Sanset, 7. N.Uilyams, 30. Paredes, 76. (25908)

Sevilya – Xetafe 1:0
Navas, 23. (32643)

Espanyol – Alaves 3:2
Puado, 21; 56; 63-p. – Koneçnı, 35. Tenalya, 68. (24238)

Rayo Valyekano – Osasuna 3:1
Mumin, 50. Ratsyu, 66. U.Lopes, 90+5 – R.Qarsiya, 27. (13073)

1. Barselona 5 5 0 0 17-4 15
2. Real 5 3 2 0 9-2 11
3. Atletiko 5 3 2 0 9-2 11
4. Vilyarreal 5 3 2 0 11-8 11
5. Selta 5 3 0 2 13-10 9
6. Alaves 5 2 1 2 7-6 7
7. Rayo Valyekano 5 2 1 2 7-6 7
8. Jirona 5 2 1 2 8-8 7
9. Atletik 5 2 1 2 6-6 7
10. Espanyol 5 2 1 2 5-5 7
11. Osasuna 5 2 1 2 6-10 7
12. Betis 4 1 2 1 3-3 5
13. Malyorka 5 1 2 2 3-4 5
14. Sevilya 5 1 2 2 4-6 5
15. Leqanes 5 1 2 2 3-5 5
16. Real Sosyedad 5 1 1 3 3-6 4
17. Valyadolid 5 1 1 3 2-13 4
18. Xetafe 4 0 3 1 1-2 3
19. Las Palmas 5 0 2 3 6-10 2
20. Valensiya 5 0 1 4 3-10 1


Bombardir: Levandovski (Barselona) – 4.
Növbəti turun oyunları sentyabrın 20-23-ü aralığında keçiriləcək: Alaves – Sevilya, Valyadolid – Real Sosyedad, Osasuna – Las Palmas, Valensiya – Jirona, Real – Espanyol, Xetafe – Leqanes, Atletik – Selta, Vilyarreal – Barselona, Rayo Valyakano – Atletiko, Betis – Malyorka.

Turun rəqəmi
488 – “Betis”in çalışdırıcısı Manuel Pellerqrini La Liqada baş məşqçi kimi oyun sayını bu həddə çatdırdı. O və slovakiyalı Ferdinand Dauçik turnirin rekordçu legioner məşqçiləridi.

Turun ulduzu
Lamin Yamal (Barselona) – onun dublundan sonra qələbəyə şübhə yeri qalmadı. Yaşına uyğun olmayan tərzdə ağıllı oyun göstərdi.

Turun sitatı
Kilian Mbappe, “Real”ın forvardı:

“Vinisiusla meydanda bir-birimizi həm oyunlarda, həm də məşqlərdə tapmağa çalışırıq. O, gözəl futbolçudu, “Real” üçün çox iş görüb, birgə oynadığımıza görə sevinirəm. Penalti? Penaltini kimin vurması yox, hər birini qola çevirməyimiz önəmlidi”.

Reaksiyalar
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Mbappe yaxşı oynadı, topla fəal oldu, çox təhlükəlidi. O, Vinisiusla və forvardlarla yaxşı anlaşır, oyunu çox xoşuma gəldi”.

Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:
“Qallahr yüksək keyfiyyətlərə malik işgüzar futbolçudu. Heç vaxt dayanmır, bütün epizodlarda gücünü qoyur. Bizə məhz belə futbolçular lazımdı, orta sahəmizi gücləndirib. Alvaresin qolu da vacibdi. Ümid edirəm ki, bu, çoxsaylı qollarından birincisidi”.

Faktlar
* “Real” mövsümün ilk beş turunda penaltidən 4 qol vuran 3-cü komandadı. Əvvəllər “Rayo Valyekano” (2002/03) və “Atletiko” (2012/13) belə nəticə ilə yadda qalıb. Ançelottinin komandası “Las Palmas” (1:1), “Betis” (2:0) və “Real Sosyedad”la (2:0) oyunlarda penaltidən yararlanıb.
* İnyaki Uilyams “Atletik”in 2005-ci ilin fevralından bəri bir oyunda üç məhsuldar ötürmə verən ilk oyunçusudu. Həmin vaxt Fran Yeste “Betis”lə oyunda bunu bacarmışdı.
* “Barselona” yeni mövsümdə artıq 17 qol vurub. Bu, komandanın 2017/18 mövsümündən bəri ən yaxşı startıdı.
* 38 yaş 298 günlüyündə fərqlənən Xesus Navas “Sevilya”nın tarixinə La Liqada qol vuran ən ən yaşlı oyunçu kimi düşdü. O, Serxio Ramosun yenə də “Xetafe” ilə oyunda – bu ilin martında müəyyənləşdirdiyi rekordu yenilədi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

6-09-2024, 21:0

“Barsa” darmadağın etdi, “Real”la “Atletiko” da qələbə qazandı - TURUN ŞƏRHİ

Dünya futbolu

15-11-2023, 22:0

“Real” darmadağın etdi, qalan liderlər də qələbə qazandı – TURUN ŞƏRHİ

Dünya futbolu

12-03-2024, 18:0

“Real” 7 xal fərqini qorudu, Arda Madriddə qol hesabını açdı – TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 19:0

“Jirona” nağılı bitdi, “Atletiko” liderlər qrupuna döndü - TURUN ŞƏRHİ

Dünya futbolu

3-05-2023, 20:0

İlk “4-lük” inamlı qələbə qazandı, “Valensiya” yenə təhlükəli zonadadı

Aktual
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Son xəbərlər
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Daha çox
Oxunub: 203
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 120
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə