• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” 7 xal fərqini qorudu, Arda Madriddə qol hesabını açdı – TURUN ŞƏRHİ

Dünya futbolu

12-03-2024, 18:0

Autsayder “Kadis”ə uduzan “Atletiko”nu çıxsaq, qalan bütün iddialılar qələbə qazandı.

"Football-plus.az" xəbər verir ki, bu isə o deməkdi ki, turnir cədvəlinin ilk üç pilləsində “Real”, “Jirona” və “Barselona” arasında xal fərqi qorundu. Nəhayət, Arda Gülər də “Real”da qol hesabını açdı.

Turun açılış oyununda “Barselona” “Malyorka”nı qəbul etdi. Balearlılar ümumilikdə “Barsa” üçün münasib rəqib olsa da, bu mövsüm favoritə problem yaradır. Amma ilk dövrənin oyunundan fərqli bu dəfə xal almaq mümkün olmadı. Meydan sahibləri heç də asan qələbə qazanmadı. İlk yarıda yetərincə inamlı təsir bağışlayan qonaqlar Ter Ştegenin qapısı önündə müntəzəm təhlükəli vəziyyət yaradırdılar. Ancaq Xavinin komandası qola daha yaxın idi. İlk yarının ortalarında Rafinyanın qazandığı penaltini yerinə yetirmək üçün Gündoğan “nöqtə”yə yaxınlaşdı. Ancaq Raykoviç onun zərbəsini dəf etdi. Serb qolkiper 2-ci hissənin əvvəlində də komandasını dəfələrlə xilas etdi. O, əvvəlcə Felişin iti bucaq altından zərbəsini qaytardı, ardından Yamalın zərbəsindən sonra tirin də yardımına “üz tutdu”. Balearlılar fasilədən sonra iti hücum qurmaqda çətinlik çəkirdi. Təzyiqi davam etdirən “Barsa”, nəhayət, 73-cü dəqiqədə qol istəyinə çatdı. Cərimə meydançasında Rodrigesi işsiz qoyan Yamal topu uzaq “9-luğ”a göndərdi, Raykoviç topu yalnız baxışlarıyla müşayiət etdi. Minimal üstünlük qazanan favorit sakitcə oyunu qələbəyə daşıdı. “Malyorka”nın bərabərlik qolunu vurmaq üçün real şansı olmadı.
“Jirona” da turu qələbə ilə başa vurdu. Artıq 13-cü dəqiqədə Sıqankovun ötürməsindən yararlanan Portu cari mövsümdə 4-cü dəfə fərqləndi. Son 4 oyunda uduzmayan “Osasuna” hesabı bərabərləşdirmək üçün vaxtaşırı hücumlar qursa da, bütün bu cəhdlər nəticəsiz qaldı. Əksinə, Savio 86-cı dəqiqədə növbəti qolu vurmaqla oyunun taleyini müəyyənləşdirdi. Ardıcıl 2-ci ev oyununda qələbə qazanan “Jirona” “Real”ın təqibini davam etdirir.
Belə düşünmək olardı ki, “Jirona” ilə “Barselona” şənbə günü qazandığı qələbələrlə “qızıl” uğrunda intriqanı artıracaq, ancaq bazar günü “Selta”nı darmadağın edən “Real” izləyiciləri ilə xal fərqini bərpa etdi. Ançelottinin komandası autsayderdən müqavimət görmədi. “Real”ın hər iki hissədə çox böyük üstünlüyü var idi. Hədsiz çox standart vəziyyət yerinə yetirən meydan sahibləri 21-ci dəqiqədə məhz künc zərbəsindən sonra hesabı açdı. Qapıçı Rüdigerlə Vinisiusun zərbələrini dəf etsə də, braziliyalı 2-ci cəhddə topu tora saldı. Hissənin son 10 dəqiqəsində fəallaşan qalisiyalılar imkanlardan yararlana bilmədi. 2-ci hissənin əvvəlində də onlar irəlidə nəsə etməyə çalışdı, ancaq “Real” tezliklə təşəbbüsü ələ keçirdi. Çoxlu seyv edən Quaita 79-cu dəqiqədə avtoqola səbəbkar oldu. Rüdigerin zərbəsindən sonra tirə dəyən top qapıçının kürəyindən səkərək tora düşdü. “Real” uzatma dəqiqələrində fərqi biabırçı həddə çatdırdı. Əvvəlcə Dominges topu öz qapısına göndərdi, ardından Arda Gülər fərqləndi. Madrid nəhəngi ən yaxın izləyicisi ilə xal fərqini yenə 7-yə çatdırdı.

“Atletiko” evdə nə qədər inamlıdısa, səfərdə bir o qədər faciəvi nəticə göstərir. “Kadis”lə oyun da bu mənada istisna olmadı. Oblakın qapısına vurulan ilk zərbə qolla nəticələndi. Hesabı açan Xuanmi 2-ci hissədə növbəti dəfə səhnəyə çıxacaqdı. İlk yarının axarından narazı qalan Simeone 2-ci hissəyə üç dəyişikliklə başladı. “Hindular” 2-ci hissənin əvvəlində daim hücum etdi. Ancaq 64-cü dəqiqədə Paulista ilə mübarizədən qalib ayrıan Xuanmi son üç oyundakı 3-cü qolunu vurdu. Son 10 səfər oyununun yalnız birində qələbə qazanan “Atletiko” belə nəticələr fonunda ÇL-ə vəsiqə qazansa, böyük uğur olacaq.

“Real Sosyedad” ilk dövrədə “Qranada”ya 5:3 hesabıyla qalib gəldiyindən düşünmək olardı ki, bu oyunda komandalar daha ehtiyatlı davranacaq. Ancaq azarkeşlər yenə çoxlu qol gördü. Basklar bir neçə aparıcı oyunçunun xidmətindən məhrum idi, üstəlik onların lideri Kubo da nədənsə əvvəldən axıra qədər ehtiyatda qaldı. “Qranada” sanki sonuncu döyüşə çıxmışdı. İlk yarıda “Real Sosyedad” topa nəzarət baxımından üstün olsa da, “Qranada” qapıya zərbə sayında öndə idi. 21-ci dəqiqədə Uzuni meydan sahiblərini irəli çıxardı, tezliklə Sadik “status-kvo”nu bərpa etdi, ancaq hissənin sonunda Uzuni daha bir qol vurdu. 2-ci hissədə “Qranada” hesabı qorumağa çalışmaqla böyük səhv etdi. Təşəbbüsü ələ alan “Real Sosyedad” hücumları sıraladı. Sona 10 dəqiqə qalmış Le Norman hesabı bərabərləşdirdi. Əndəlüslər necə ruhdan düşdülərsə, tezliklə qonaqlardan Silva qələbə topunu da vurdu. “Real Sosyedad” “Betis”i turnir cədvəlində arxada qoydusa, “Qranada”nın elitada qalmaq şansı bir qədər də azaldı.

Turun qalan oyunlarında “Valensiya” və “Alaves” minimal hesabla qələbə qazandı, avrokuboklar vəsiqə uğrunda mübarizə aparan “Atletik” “Las-Palmas”ı məğlub etdi, “Betis” evdə “Vilyarreal”a uduzdu.

28-ci tur
Real – Selta 4:0
Vinisius, 21. Quaita, 79-öz qapısına. Dominges, 88-öz qapısına. Gülər, 90+4. (73644)
Real: Lunin, Mendi, Naço, Rüdiger, Vaskes, Modriç (Kroos, 83), Kamavinqa (Sebalyos, 88), Valverde, Dias (Çuameni, 83), Vinisius (Gülər, 89), Rodriqo (Xoselu, 74).
Barselona – Malyorka 1:0
Yamal, 73. (38225)
Barselona: Ter Ştegen, Kanselo, Martines, Kubarsi, Kunde, Rafinya (Lopes, 37), Kristensen, Gündoğan (Romeo, 87), Feliş (Roke, 62), Yamal, Giyu (Levandovski, 61).
Jirona – Osasuna 2:0
Portu, 13. Savio, 86. (11598)
Jirona: Qassaniqa, Qutyerres, Blind, Lopes, E.Qarsiya, Portu (Solis, 80), A.Qarsiya, Martin (X.Qarsiya, 90+2), Savio (Torre, 90+2), Sıqankov (Kouto, 64), Dovbik (Stuani, 80).
Kadis – Atletiko 2:0
Xuanmi, 24; 64. (15917)
Atletiko: Oblak, Lino (Vermeren, 71), Ermoso, Vitsel, Paulista, Lyorente, De Paul (Rikelme, 46), Koke (Əl-Cebari, 78), Saul (Molina, 46), Depay (Korrea, 46), Morata.
Qranada – Real Sosyedad 2:3
Uzuni, 21-p.; 45+3 – Sadik, 33. Le Norman, 80. Silva, 85. (9214)
Valensiya – Xetafe 1:0
Duro, 40. (37961)
Alaves – Rayo Valyekano 1:0
Qorosabel, 44. (16519)
Las-Palmas – Atletik 0:2
Quruseta, 31. Koke, 65-öz qapısına. (27316)
Betis – Vilyarreal 2:3
Rodriges, 30. Villian, 45+2 – Baena, 40. Papastatopulos, 48-öz qapısına. Sörlot, 67. (47711)
Almeriya – Sevilya 2:2
Embarba, 38. Milovanoviç, 90+5. – Lukebakio, 81. Okampos, 86. (13095)
1. Real 28 21 6 1 60-18 69
2. Jirona 28 19 5 4 59-33 62
3. Barselona 28 18 7 3 57-34 61
4. Atletiko 28 17 4 7 54-31 55
5. Atletik 28 15 8 5 48-26 53
6. Real Sosyedad 28 11 10 7 40-31 43
7. Betis 28 10 12 6 34-31 42
8. Valensiya 27 11 7 9 32-31 40
9. Las-Palmas 28 10 7 11 29-31 37
10. Osasuna 28 10 6 12 31-39 36
11. Vilyarreal 28 9 8 11 46-51 35
12. Xetafe 28 8 11 9 36-42 35
13. Alaves 28 8 8 12 26-33 32
14. Sevilya 28 6 10 12 35-42 28
15. Malyorka 28 5 12 11 24-35 27
16. Rayo Valyekano 28 5 11 12 23-38 26
17. Selta 28 5 9 14 30-43 24
18. Kadis 28 3 13 12 20-38 22
19. Qranada 27 2 8 17 30-57 14
20. Almeriya 27 0 9 18 25-55 9
Bombardirlər: Bellingem (Real) – 16, Mayoral (Xetafe) – 15, Dovbik (Jirona), Morata (Atletiko), Budimir (Osasuna) - 14.
Növbəti turun oyunları martın 15-17-si aralığında keçiriləcək: Real Sosyedad – Kadis, Malyorka – Qranada, Osasuna – Real, Xetafe – Jirona, Atletik – Alaves, Sevilya – Selta, Vilyarreal – Valensiya, Las-Palmas – Almeriya, Rayo Valyekano – Betis, Atletiko – Barselona.

Turun rəqəmi
400 – Ter Ştegen “Barsa” formasında oyun sayını bu həddə çatdırdı. Almaniyalı qapıçı Lionel Messi (778) ilə Dano Alveşdən (408) sonra bu klubun formasını ən azı 400 oyunda geyən 3-cü qeyri-ispan oldu.

Turun ulduzu
Lamin Yamal (Barselona) – 2-ci hissədə, sadəcə, qarşısıalınmaz idi. Raykoviç onun bir zərbəsinin qarşısını tirin köməyi ilə alsa da, uzaq “9-luğ”a zərbəsi qarşısında gücsüz idi. Topalmada da hədsiz fəallıq göstərdi.

Turun sitatı
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Bu mərhələdə istənilən oyun tələ ola bilər. 2-ci qolu vura bilmədiyimizə görə müəyyən təzyiq hiss edirdik. Hesab 2:0 olandan sonra işimiz asanlaşdı. İrəlidə hələ 10 oyun var. Heç-heçə böhranın əlaməti sayılacaqdı”.

Faktlar
* Arda Gülər La Liqa tarixinə türkiyəli futbolçular arasında ən “gənc” (19 yaş 14 gün) qolun müəllifi kimi düşdü.
* “Jirona” 28 turdan sonra 62 xal toplayıb. Maraqlıdı ki, bu mərhələdə 62 xal toplayan bütün əvvəlki 7 komanda mövsümün sonunda çempion olub.
* “Atletiko” cari mövsümdə səfərdə keçirdiyi 14 oyunun 7-də uduzub. Bu isə Simeone “sükan arxasında” olduğu dönəmdə ən aşağı göstəricidi.

Reaksiyalar
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi:

“Malyorka” müdafiədə çox yaxşı çalışır. Penalti oyunun axarını dəyişə bilərdi. Böyükhesablı qələbə qazanmaq üçün yetərincə çox qol vəziyyəti yaratdıq. Bu qələbə bizə zirvədə qalmağa imkan verəcək. Düşünürəm ki, mən getmək qərarı verən gündən komanda yaxşı oynayır. İndiki mürəkkəb duruma baxmayaraq, nikbinəm. Bu qələbə göründüyündən daha vacibdi, Çempionlar Liqasının oyunu ərəfəsində inamımızı artırdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

12-04-2023, 18:0

“Real” üçün çempionat bitib - ŞƏRH

Dünya futbolu

29-09-2023, 23:0

“Malyorka” “Barsa”nın zəfər yürüşünü dayandırdı – TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 14:0

Liderlər darmadağın etdi, “Atletiko”nun seriyası uzandı – 27-ci turun şərhi

Dünya futbolu

19-04-2023, 20:0

“Real”la xal fərqi azaldı, “Barsa” qazondan şikayətləndi – TURUN ŞƏRHİ

Dünya futbolu

6-03-2024, 20:0

Liderlər xal itirdi, yalnız “Atletiko” sevindi – TURUN ŞƏRHİ

Aktual
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Son xəbərlər
  • Bu gün, 20:00
    “Karvan-Yevlax”dan yeni transfer
  • Bu gün, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Bu gün, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Bu gün, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Bu gün, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Bu gün, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə