• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” darmadağın etdi, qalan liderlər də qələbə qazandı – TURUN ŞƏRHİ

Dünya futbolu

15-11-2023, 22:0

Təəssüf ki, La Liqada hesabat turunun bütün oyunları keçirilmədi.

“Football-plus.az” xəbər verir ki, “Malyorka” – “Kadis” oyunu balearlıların forvardı Muriqinin bazar günü İsraillə seçmə oyuna çıxması üzündən təxirə salındı. Ancaq bunsuz da maraqlı hadisələrin sayı çoxdu. Növbəti əzmkar qələbəsini qazanan “Jirona”nın “əyləci basmaq” fikri yoxdu. Kataloniyalıların budəfəki qurbanı bütün gücünü “Real”la derbidə sərf edən “Rayo Valyekano” oldu. Madrid nəhəngi isə zədəli Bellingemin yoxluğunda deyə-gelə “Valensiya”nı darmadağın etdi. “Barselona” da liderləri özündən irəli buraxmamaq üçün əməlli-başlı əziyyət çəkdi. Artıq 18-ci saniyədə qapısında qol görən çempion 2-ci hissədə “Alaves”in müqavimətini qıra bildi. Turun son oyununda başsız qalan “Vilyarreal” üzərində əzmkar qələbə qazanan “Atletiko” da çempionluq yarışında qalmaqdadı.

Turda həmçinin eyni – 1:1 hesablı üç heç-heçə qeydə alındı. “Osasuna” və “Qranada” evdə, uyğun olaraq, “Las-Palmas”la “Xetafe”nin öhdəsindən gələ bilmədi. Elə Sevilya derbisində də qalib müəyyənləşmədi, hərçənd “xiyarlar” qələbəyə daha yaxın idi. “Real Sosyedad” aşkar autsayder, hələ də qələbəyə həsrət qalan “Almeriya” ilə oyunda çətinlik çəkmədi. Turun ən məhsuldar oyunu isə Bilbaoda gerçəkləşdi. Yerli “Atletik” “Selta”nın qapısından 4 top keçirdi, ancaq öz qapısında da üç qol gördü. Belə görünür ki, Rafael Benites Viqo klubunun baş məşqçi postunda uzun müddət davam gətirməyəcək.

13-cü tur
Rayo Valyekano – Jirona 1:2
A.Qarsiya, 5 – Dovbik, 42. Savio, 65. (13177)
Jirona: Qassaniqa, Qutyerres, Blind, E.Qarsiya, Martines, Errera, A.Qarsiya, Martin (Fernandes, 85), Savio (Portu, 84), Sıqankov (Kouto, 78), Dovbik (Stuani, 78).
Real – Valensiya 5:1
Karvaxal, 3. Vinisius, 42; 49. Rodriqo, 50; 84 – Duro, 88. (72475)
Real: Lunin, Mendi (F.Qarsiya, 71), Alaba, Naço, Karvaxal (Pas, 82), Kroos, Kamavinqa, Valverde (Modriç, 60), Dias (Vaskes, 71), Vinisius (Xoselu, 82), Rodriqo.
Barselona – Alaves 2:1
Levandovski, 53; 78-p. – Omorodion, 1. (38183)
Barselona: Ter Ştegen, Kanselo, Martines, Kunde (Balde, 70), Arauxo, Lopes (Rafinya, 63), Gündoğan, Pedri (Romeu, 81), Feliş (Torres, 70), Yamal, Levandovski.
Atletiko – Vilyarreal 3:1
Vitsel, 45+1. Qrizmann, 80. Lino, 85 – J.Moreno, 20. (56632)
Atletiko: Oblak, Ermoso, Vitsel, Ximenes, Rikelme (Lino, 65), Saul (Lyorente, 46), Koke, De Paul (Korrea, 65), Molina (Barrios, 70), Qrizmann, Morata (Söyüncü, 88).
Atletik – Selta 4:3
Sanset, 37. Quruseta, 45+4; 52. Berenger, 90+7-p. – Aspas, 25. Bamba, 41. Strand Larsen, 66. (44435)
Almeriya – Real Sosyedad 1:3
Arribas, 76 – Oyarsabal, 62. Fernandes, 90+1-p. Subimendi, 90+5. (13016)
Qranada – Xetafe 1:1
Vilyar, 45+4 – Mayoral, 2. (19103)
Osasuna – Las-Palmas 1:1
Budimir, 74 – Moleyro, 70. (20125)
Sevilya – Betis 1:1
Rakitiç, 79 – Peres, 72. (42222)
“Malyorka” – “Kadis” oyunu noyabrın 29-da keçiriləcək.
1. Jirona 13 11 1 1 31-16 34
2. Real 13 10 2 1 28-9 32
3. Barselona 13 9 3 1 26-13 30
4. Atletiko 12 9 1 2 29-12 28
5. Atletik 13 7 3 3 25-17 24
6. Real Sosyedad 13 6 4 3 23-16 22
7. Betis 13 5 6 2 17-16 21
8. Las-Palmas 13 5 3 5 11-12 18
9. Valensiya 13 5 3 5 16-18 18
10. Rayo Valyekano 13 4 6 3 15-17 18
11. Xetafe 13 3 7 3 15-17 16
12. Osasuna 13 4 2 7 15-21 14
13. Sevilya 12 2 6 4 18-17 12
14. Vilyarreal 13 3 3 7 18-24 12
15. Alaves 13 3 3 7 11-18 12
16. Kadis 12 2 4 6 10-17 10
17. Malyorka 12 1 6 5 12-18 9
18. Selta 13 1 4 8 14-24 7
19. Qranada 13 1 4 8 18-30 7
20. Almeriya 13 0 3 10 15-35 3
Bombardirlər: Bellingem (Real) - 10, Qrizmann (Atletiko), J.Moreno (Vilyarreal) – 8.
Növbəti turun oyunları noyabrın 24-27-si aralığında keçiriləcək: Alaves – Qranada, Rayo Valyekano – Barselona, Valensiya – Selta, Xetafe – Almeriya, Atletiko – Malyorka, Vilyarreal – Osasuna, Real Sosyedad – Sevilya, Kadis – Real, Betis – Las-Palmas, Jirona – Atletik.

Turun rəqəmi
169 – “Atletiko”nun heyətində qol sayını bu həddə çatdıran Qrizmann klubun bombardirləri siyahısında 2-ci pillədə qərarlaşan Adrian Eskuderonu haqladı. O, mütləq rekorda çatmaq üçün daha üç dəfə fərqlənməlidi. Belə ki, Luis Araqones 172 qolla klub tarixinin bombardiridi.

Turun ulduzu
Rodrio (Real) – düzdü, “Valensiya” üzərində qələbə asan alındı. Ancaq bu məqam braziliyalı forvardın əməyini azaltmaq üçün əsas ola bilməz. Rodriqo 2 qol vurdu, həmçinin oyundaşlarına iki məhsuldar ötürmə verdi.

Turun sitatı
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Komanda heç də ən yaxşı dönəmini yaşamır, yığma fasiləsi xeyrimizə olacaq. La Liqada iki qorxunc oyun keçirdik. Oyunçular kənardan təsir nəticəsində həmişəkindən daha gərgindi. Media komandaya təsir göstərir. Jurnalistlərin yazdığı qeyri-real ssenarilər komandanı ruhdan salır”.

Fakt
“Alaves”in forvardı Omorodion “Barsa” ilə oyunun 18-ci saniyəsində hesabı açdı. Bunda mərkəzdə topu itirən Gündoğanın kobud səhvi böyük rol oynadı. Xatırladaq ki, kataloniyalar cari mövsümün “Qranada” ilə oyununda bundan da tez – 17-ci saniyədə qapısında qol görmüşdü.

Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Mövsümdəki ən yaxşı oyunmuz idi. “Valensiya” səviyyəsini göstərə bilmədi, ona görə ki, biz çox yaxşı oynadıq. İlk dəqiqələri saymasaq, ideal oyun alındı. Vinisiusla Rodriqo ən yaxşı səviyyəsinə qayıdıb. Ancaq mən fərdi yox, kollektiv keyfiyyətləri daha yüksək dəyərləndirirəm”.
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi: “İkinci hissəni yaxşı keçirdik. Əvəzetmələr oyunun axarını dəyişdi. Biz belə oyunlara həmişə hazırıq. Heyətimizdə sonradan meydana çıxmaqla sürəti artırmağa qadir olan futbolçular var”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

11-10-2023, 19:0

“Real” darmadağın edir, “Barselona” isə xal itirir – TURUN ŞƏRHİ

Dünya futbolu

20-09-2023, 23:0

“Real” seriyanı davam etdirdi, “Barsa”nın Pelleqriniyə yazığı gəlmədi – TURUN ŞƏRHİ

Dünya futbolu

6-09-2023, 20:0

Bellingem varsa, narahat olmağa dəyməz! - TURUN ŞƏRHİ

Dünya futbolu

25-06-2022, 21:0

“El Klasiko”lar nə vaxt keçiriləcək?

Dünya futbolu

4-10-2023, 19:0

“Jirona” nağılı bitdi, “Atletiko” liderlər qrupuna döndü - TURUN ŞƏRHİ

Aktual
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
Son xəbərlər
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Dünən, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Dünən, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Dünən, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 06:28
    Cəlalın komandası qalib gəldi
  • 9-08-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 9-08-2026, 22:0
    Romadan Milana üz tuta bilər
  • 9-08-2026, 22:0
    "Səbail" 4 legioner transfer etdi
  • 9-08-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 9-08-2026, 21:0
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • 9-08-2026, 20:0
    Rahil Məmmədov "Turan Tovuz"da
Daha çox
Oxunub: 275
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 100
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə