• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barsa” darmadağın etdi, “Real”la “Atletiko” da qələbə qazandı - TURUN ŞƏRHİ

Dünya futbolu

6-09-2024, 21:0

“Vilyarreal”ın “Barselona”nın əsas izləyicisi olması uzun sürmədi. “Sarılar” “Valensiya” ilə oyunda büdrədi. Liderlərin adını çəkməyə dəyməz, hamısı tanış addı. “Barselona”nın “Valyadolid”in qapısından 7 cavabsız top keçirməsi Madrid nəhənglərini çəkindirmədi. “Atletiko” Bilbaodan qələbə ilə döndü, “Real” Mbappenin dublu sayəsində “Betis”i məğlub etdi.

Tur Barselonada keçirilən oyunla start götürdü. “Valyadolid” meydana çıxmağına peşman oldu. Darmadağının əsasını Rafinya qoydu, hissə tamamlananda hesab artıq 3:0 idi. Fasilədən sonra braziliyalı het-trik etdi, Olmo ilə Torres də hərəyə bir qol vurdu.

“Osasuna” – “Selta” oyunu da məhsuldar keçdi. Mövsümə yaxşı başlayan Viqo klubu ardıcıl 2-ci məğlubiyyətlə barışdı. “Malyorka” səfərdə “Leqanes”ə yeganə qolla qalib gəldi. “Atletik” – “Atletiko” oyunu gərgin mübarizə şəraitində keçdi. Meydan sahibləri dəfələrlə hesabı açmağa yaxın oldu. Hər kəsin oyunun heç-heçə bitəcəyini düşündüyü anda Simeonenin əvəzetmələri işə yaradı. Onun sonradan meydana buraxdığı futbolçular uzatma dəqiqələrində qol təşkil etdi. Meydanın rəqibə aid hissəsində topu qazanan Sörlot Korreanı qapıçı ilə təkbətək çıxardı ki, o da hesabı açmaqda çətinlik çəkmədi.

Mövsümə iki qələbə, bir heç-heçə ilə başlayan “Vilyarreal” gözlənilmədən “Mestalya”da büdrədi. “Sarılar” favorit sayılsa da, hesabı “Valensiya” açdı. Ardından dəfələrlə fərqi artırmaq imkanı olan “yarasalar” hissənin sonunda qapısında qol gördü. Fasilədən sonra fəallaşan “Vilyarreal”ın bütün planlarını Geye pozdu. 50-ci və 68-ci dəqiqələrdə iki sarı vərəqə alan seneqallı yarımmüdafiəçi “sarılar”ı azlıqda qoydu. Belədə heç-heçəni məntiqli nəticə saymaq olar.

“Real Sosyedad” da mövsümün əvvəlində qələbə yolunda əziyyət çəkir. “Xetafe”nin qonağısansa və “avrokubok zonası”na iddia edirsənsə, hər halda, udmalısan. Amma basklar qapısını toxunulmaz saxlamaqla yanaşı, qol da vura bilmədi.
“Alaves”, deyəsən, bu mövsüm qarşısına basklar arasında çempion olmaq vəzifəsi qoyub. Bu komanda hesabat turunda “Las Palmas”ı məğlub etdi. Visente və Martinesin qolları ilə 2:0 önə çıxan basklar hələ 90+4-cü dəqiqədə penaltini də boşa verdilər.

“Espanyol” – “Rayo Valyekano” qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitdi. İlk iki turda cəmi 1 xal qazanan “Jirona” artıq qələbələri sıralayır. Kataloniyalılar ötən tur “Osasuna”nı darmadağın etmişdisə, bu dəfə “Sevilya”nın qapısından iki cavabsız qol keçirdilər.

Yeniləniş “Betis” “Santyaqo Bernabeu”ya müəyyən planla gəlmişdi. Və planın ilk yarıda işlədiyini demək olar. “Xiyarlar” Mbappeyə göz açmağa imkan vermədi, Vinisiusla Rodriqo meydanda özünə yer tapa bilmirdi. “Ağ şimşəklər” fasilədən sonra təzyiqi bir qədər də artırdı. 67-ci dəqiqədə Valverde gözəl daban ötürməsi ilə Mbappeni penalti nöqtəsi üzərinə çıxardı. Fransalı ulduz belə təkbətəki boşa verə bilməzdi. Bir neçə dəqiqədən sonra Vinisius rəqibin cərimə meydançasında yerdə qaldı. Laysman ofsayd bayrağı qaldırsa da, VAR hakimi monitora baxmağa çağırdı. Ofsayd yox idi, vəziyyəti gözdən keçirən referi penalti nöqtəsini göstərdi. Vinisius zərbəni özü vurmadı, Mbappeyə imkan yaratdı. O isə dubl etdi.

4-cü tur

Barselona – Valyadolid 7:0
Rafinya, 20; 64; 72. Levandovski, 24. Kunde, 45+2. Olmo, 82. Torres, 85. (44359)
Barselona: Ter Ştegen, Balde, Martines, Kubarsi (Dominges, 61), Kunde, Pedri (F.Lopes, 61), Kasado (E.Qarsiya, 61), Olmo (Torre, 83), Rafinya, Yamal, Levandovski (F.Torres, 73).

Real – Betis 2:0
Mbappe, 67; 75-p. (73072)
Real: Kurtua, Mendi (F.Qarsiya, 66), Rüdiger, Militao, Karvaxal, Çuameni, Valverde, Vinisius, Sebalyos (Dias, 65), Rodriqo (Endrik, 89), Mbappe (Modriç, 84).

Atletik Atletiko 0:1
Korrea, 90+2. (48617)
Atletiko: Musso, Lino (Rikelme, 70), Mandava, Ximenes, Le Norman, Lyorente, Qallaher (De Paul, 71), Koke (Korrea, 88), Barrios, Alvares (Sörlot, 71), Qrizmann (Simeone, 83).

Sevilya Jirona 0:2
Martin, 41. Ruis, 73-p. (35735)
Jirona: Qassaniqa, Qutyerres, Blind, D.Lopes, Franses (Martines, 89), Martin (Asprilya, 58), Romeo, Errera (Solis, 46), Xil (Portu, 89), Ruis, Sıqankov (Qruneveld, 46).

Espanyol – Rayo Valyekano 2:1
Romero, 8. Velis, 90+6 – A.Qarsiya. 4. (22405)
Valensiya – Vilyarreal 1:1
Duro. 24 – A.Peres, 45+4. (43857)
Leqanes – Malyorka 0:1
D.Rodriges, 43. (10482)
Alaves – Las Palmas 2:0
Visente, 7. Martines, 78. (16386)
Osasuna – Selta 3:2

Boyomo, 21. Dominges, 45-öz qapısına. Bretones, 62 – İqlesias, 29. M.Qomes. 90+1-öz qapısına. (19908)
Xetafe – Real Sosyedad 0:0
(10929)
1. Barselona 4 4 0 0 13-3 12
2. Real 4 2 2 0 7-2 8
3. Atletiko 4 2 2 0 6-2 8
4. Vilyarreal 4 2 2 0 9-7 8
5. Jirona 4 2 1 1 7-4 7
6. Alaves 4 2 1 1 5-3 7
7. Osasuna 2 2 1 1 5-7 7
8. Selta 4 2 0 2 10-9 6
9. Malyorka 4 1 2 1 2-2 5
10. Leqanes 4 1 2 1 3-3 5
11. Rayo Valyekano 4 1 1 2 4-5 4
12. Real Sosyedad 4 1 1 2 3-4 4
13. Atletik 4 1 1 2 3-4 4
14. Espanyol 4 1 1 2 2-3 4
15. Valyadolid 4 1 1 2 1-10 4
16. Xetafe 3 0 3 0 1-1 3
17. Betis 3 0 2 1 1-3 2
18. Las Palmas 4 0 2 2 4-7 2
19. Sevilya 4 0 2 2 3-6 2
20. Valensiya 4 0 1 3 3-7 1

Bombardirlər: Levandovski (Barselona) – 4, Rafinya (Barselona) – 3.

Növbəti turun oyunları sentyabrın 13-16-sı aralığında keçiriləcək: Atletiko – Valensiya, Betis – Leqanes, Selta – Valyadolid, Malyorka – Vilyarreal, Las Palmas – Atletik, Jirona – Barselona, Sevilya – Xetafe, Rayo Valyekano – Osasuna, Real Sosyedad – Real, Espanyol – Alaves.

Turun rəqəmi
1 – “Valensiya” ilk 4 turdan sonra yalnız 1 xal toplayıb. Bu isə komandanın 21-ci əsrdəki ən pis ikinci göstəricisidi. “Yarasalar” 2016/17 mövsümündə ilk 4 oyunda xal toplamamışdı.
Turun ulduzu
Rafinya (Barselona) – kataloniyalılar Messinin dönəmindən sonra ən böyükhesablı qələbəsini qazandı. Braziliyalı yarımmüdafiəçi argentinalıya bənzədi: het-trik və məhsuldar ötürmə!

Turun sitatı
Kilian Mbappe, “Real”ın hücumçusu: [quote]Kriştiano Ronaldo ilə müqayisə? Kriştiano kumirimdi, ancaq mən Kilian olmaq üçün gəlmişəm. Mənə təzyiq göstərən yeganə məqam komandaya uyğunlaşmağın zəruriliyidi[quote].

Reaksiyalar
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

[quote][/quote]Komanda ilk dəqiqələrdən istədiyim kimi oynadı. Rəqibə ciddi təzyiq göstərdik. Artıq 4-cü oyunumuzu keçirdik. Hədəf yığma fasiləsinə qədər bütün oyunlarda qalib gəlmək idi. Komandanın və azarkeşlərin reaksiyasına görə sevinirəm[quote][/quote].

Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

[quote][/quote]Bizdə narahatlıq və ya məyusluq yoxdu. Daha çox şeyə nail olmaq entuziazmı və motivasiyası var. Bu gün daha yaxşı oynadıq, qələbəyə layiq idik. Mbappeyə heç vaxt qol vurmaqla bağlı təzyiq etməmişik. O, bütün başqa futbolçular kimi yaxşı oyun keçirdi, meydanda çox effektli idi. Mbappe üçün fərqlənmək vacib idi. Ancaq biz ötən oyundakından daha yaxşı olan komanda işini dəyərləndiririk[quote][/quote].

Faktlar
* Pap Geye La Liqada 21-ci əsrdə hamıdan tez – cəmi 20 oyunda 4 qırmızı vərəqə alıb.
* “Barselona” La Liqada 2016-cı ilin aprelindən bəri ən böyükhesablı qələbəsini qazandı. Onda kataloniyalılar səfərdə “Deportivo”nu 8:0 hesabıyla məğlub etmişdi.
* Flik La Liqada keçirdiyi ilk 4 oyunun hamısında qələbə qazanmaqla Ernesto Valverdenin 2017/18 mövsümündəki nəticəsinə (7 oyunda 7 qələbə) bir addım da yaxınlaşdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

31-08-2024, 11:0

“Barselona” ilə “Selta” zirvəyə şərikdi - ŞƏRH

Dünya futbolu

5-04-2023, 14:0

Liderlər darmadağın etdi, “Atletiko”nun seriyası uzandı – 27-ci turun şərhi

Dünya futbolu

21-06-2024, 11:0

“El Klasiko” nə vaxt keçiriləcək?

Dünya futbolu

15-11-2023, 22:0

“Real” darmadağın etdi, qalan liderlər də qələbə qazandı – TURUN ŞƏRHİ

Dünya futbolu

24-05-2023, 20:0

“Real” yenə 2-ci yeri əldən verdi - TURUN ŞƏRHİ

Aktual
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Son xəbərlər
  • Bu gün, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Bu gün, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
Daha çox
Oxunub: 204
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 120
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 94
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə