• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Napoli”dən ardıcıl 3-cü qələbə! - “Milan” uğursuz startın acığını “Venetsiya”dan çıxdı

Dünya futbolu

21-09-2024, 21:0

A seriyasında 3-cü turdan sonra birdən-birə 4 komanda turnir cədvəlində şərikli lider idi. Onlardan üçü 4-cü turun şənbə və bazar günü keçirilən oyunlarında büdrədi. Bu baxımdan tur “Napoli” və “Milan” üçün daha düşərli oldu.

Tura daha çox top vurduğu üçün 1-ci yerdə başlayan “İnter” qələbə seriyasını 3-ə çatdıra bilmədi. Son çempion Montsada büdrədi. Halbuki milanlılar ilk hissədə bir neçə real qol şansı yaxaladılar, lakin iki dəfə Lautaro Martinesin, bir dəfə isə Frattezinin zərbəsi hədəfə düşmədi. Ümumiyyətlə, Simone İnzaqinin komandası fasiləyə qədər qapıya bir dəqiq zərbə belə endirə bilmədi. Baş məşqçi ikinci hissədə Taremi ilə Zyelinskini mübarizəyə qoşsa da, qonaqlar bu planda yenə də irəliləyişə nail ola bilmədilər. Matçboyu bütün zonaları bağlamağa böyük ölçüdə müvəffəq olan ev sahibləri 81-ci dəqiqədə Motanın baş zərbəsi ilə hesabı açdılar. “İnter”in gücü yalnız məğlubiyyətdən qurtulmağa çatdı. Dyumfrisin cavab qoluna baxmayaraq, çempion liderliyi əldən verdi.

Mövsümə 3:0 hesablı ardıcıl iki qələbə ilə başlayan “Yuventus” evdə “Roma” ilə keçirdiyi oyunda olduğu kimi, Empoli səfərində də iki xal itirdi. Turinlilər bu mövsüm qapısından top buraxmasalar da, artıq iki oyundu qol da vura bilmirlər. Tyaqo Mottanın komandası oyun ərzində qələbəyə yetəcək qədər qol şansı yaxalamasına baxmayaraq, matçı yüksək səviyyədə keçirən qapıçı Vaskesi heç cür məyus edə bilmədi. Növbəti iki xal itkisi “Yuventus”un vahid liderliyi yenidən ələ almasına imkan yaratmadı. İlk 3 turda 7 xal toplayan Turinin digər təmsilçisi “Torino” da rəqibi “Leççe” ilə qolsuz heç-heçəyə razılaşaraq bu şansı əldən verdi.

Şərikli liderlərin büdrəməsindən isə “Napoli” maksimum yararlandı. İlk turda “Verona”dan üç cavabsız top buraxan Antonio Kontenin komandası tədricən xal ehtiyatını artırır. 55 yaşlı baş məşqçinin debütü fiasko ilə nəticələnsə (“Verona”ya 0:3 hesablı məğlubiyyət) də, cənublular sonrakı üç oyunu maksimum nəticə ilə başa vurublar. “Napoli”nin səfərdə “Kalyari”yə qarşı keçirdiyi oyunun əsas qəhrəmanları Lukaku ilə Kvaratsxeliya oldular. Ümumiyyətlə, cənubluların bütün xətlərdə əla oyun sərgilədiklərini qeyd edək.

Nəhayət, “Milan” bu mövsüm Paulu Fonsekanın başçılığı altında ilk rəsmi qələbəsini qazandı. İlk 3 oyunda yalnız 2 xal toplayan vitse-çempion uğursuz startın acığını “Venetsiya”dan çıxdı. Ölkə nəhəngi müəyyən fasilədən sonra A seriyasına qayıdan rəqibini, necə deyərlər, meydana çıxmasına peşman etdi. İlk hissədə 27 dəqiqəyə 4 cavabsız top vuran ev sahiblərinin fasilədən sonra gücünə qənaət etdiyi hiss olunurdu. Hər halda “Milan”ı qarşıda Çempionlar Liqasında “Liverpul”a, A seriyasında isə “İnter”ə qarşı olduqca vacib oyunlar gözləyir.

“Roma”nın da işləri qaydasında deyil. Paytaxt komandası hələ də qələbəyə həsrət qalıb. “Canavarlar” yeni transfer Dovbikin qolu ilə Genuyada ilk dəfə sevinməyə çox yaxın olsalar da, əsas vaxta artırılan dəqiqələrdə buraxılan qolla iki xalı əldən verdilər. Daniele De Rossinin komandası 4 oyuna 3 xalla 16-cı yerdədi.

4-cü tur
Komo – Bolonya 2:2

Kazale, 5-öz qapısına. Kutrone, 53 – Kastro, 76. Aylinq, 90+1. (10584)
Bolonya: Skorupski, Miranda, Kazale (Ndoy, 80), Beukema, Poş, Pobeqa, Ebişer (Fabbian, 46), Fröyler, Odqor (Lukumi, 80), Orsolini (Kastro, 63), Dallinqa (Aylinq, 63).

Empoli – Yuventus 0:0
(15715)
Yuventus: Perin, Kambyaso, Bremer, Qatti, Kalulu, Duqlas Luis (Mbanqula, 67), Lokatelli (K.Türam, 66), Koopmeyners, Yıldız (Vea, 67), Qonsales (Facoli, 67), Vlahoviç.
Milan – Venetsiya 4:0
Ernandes, 2. Fofana, 16. Pulişiç, 25-p. Abraham, 29-p. (71273)
Milan: Menyan, Ernandes, Pavloviç, Qabbya, Emerson, Fofana (Zeroli, 79), Reynders, Loftus-Çik, Pulişiç (Çukvueze, 79), Leao (Morata, 64), Abraham (Musa, 74).

Cenoa – Roma 1:1
De Vinter, 90+6 – Dovbik, 37. (33009)
Roma: Svilar, Anxelinyo, Ndika, Mançini, Kone, Kristante, Pisilli (Çelik, 62), Salemakers (Ermoso, 50), Əl-Şaaravi (Lorentso Pelleqrini, 62), Dibala (Baldantsi, 62), Dovbik (Şomurodov, 81).

Atalanta – Fiorentina 3:2
Retegi, 21. De Ketelare, 45. Lukman, 45+1 - Lukas Martines, 15. Ken, 32. (22705)
Atalanta: Karnesekki, Kolaşinats, Hin (Breşianini, 46), Cimşiti, Rucceri (Zappakosta, 70), De Roon, Bellanova, Ederson, De Ketelare, Lukman, Retegi (Paşaliç, 70).
Fiorentina: De Xea, Biraqi, Ranyeri (Ponqraçiç, 81), Lukas Martines, Qosens, Mandraqora (Riçardson, 62), Kataldi (Sottil, 74), Bove (Adli, 74), Dodo, Kolpani (İkone, 62), Ken.

Kalyari – Napoli 0:4
Di Lorentso, 18. Kvaratsxeliya, 66. Lukaku, 70. Buoncorno, 90+3. (15733)
Napoli: Meret, Spinatsola (Olivera, 64), Buoncorno, Rrahmani, Di Lorentso, Lobotka (Gilmor, 75), Zambo Angissa, Matsokki, Kvaratsxeliya (Maktominey, 74), Politano (Neres, 81), Lukaku (Simeone, 74).

Montsa – İnter 1:1
Mota, 81 – Dyumfris, 88. (14541)
İnter: Zommer, Dimarko, De Vrey, Pavar, Auqusto, Darmian (Dyumfris, 56), Asllani (Korrea, 74), Mxitaryan (Zyelinski, 56), Frattezi, Lautaro Martines (Taremi, 56), M.Türam (Arnautoviç, 74).

Torino – Leççe 0:0
(27277)

Parma – Udineze 2:3
Del Prato, 2. Bonni, 43 – Lukka, 49. Toven, 68; 77. (17586)

Latsio – Verona 2:1
Dia, 5. Kastelyanos, 20 – Tenqstedt, 7.

1. Udineze 4 3 1 0 7-4 10
2. Napoli 4 3 0 1 9-4 9
3. İnter 4 2 2 0 9-3 8
4. Yuventus 4 2 2 0 6-0 8
5. Torino 4 2 2 0 5-3 8
6. Latsio 4 2 1 1 8-6 7
7. Verona 4 2 0 2 6-5 6
8. Empoli 4 1 3 0 3-2 6
9. Atalanta 4 2 0 2 8-8 6
10. Milan 4 1 2 1 9-6 5
11. Cenoa 4 1 2 1 4-5 5
12. Parma 4 1 1 2 6-7 4
13. Leççe 4 1 1 2 1-6 4
14. Fiorentina 4 0 3 1 5-6 3
15. Montsa 4 0 3 1 3-4 3
16. Roma 4 0 3 1 2-3 3
17. Bolonya 4 0 3 1 4-7 3
18. Komo 4 0 2 2 3-7 2
19. Kalyari 4 0 2 2 1-6 2
20. Venetsiya 4 0 1 3 1-8 1


Bombardirlər: Retegi (Atalanta), M.Türam (İnter) - 4.
Növbəti turun oyunları sentyabrın 20-23-ü aralığında keçiriləcək: Kalyari – Empoli, Verona – Torino, Venetsiya – Cenoa, Yuventus - Napoli, Leççe - Parma, Fiorentina - Latsio, Montsa - Bolonya, Roma - Udineze, İnter – Milan, Atalanta - Komo.

Turun rəqəmi
4 – “Milan” evdə “Venetsiya”nı darmadağın etdi. Vitse-çempion cari mövsümdə bir hissədə 4 qol vuran ilk komanda oldu.

Turun ulduzu
Romelu Lukaku (Napoli) – belçikalı hücumçu sıralarına yenicə qoşulduğu “Napoli”yə qısa müddətdə uyğunlaşdığını “Kalyari” ilə matçda da göstərdi. 74 dəqiqə meydanda olan Lukaku komandasının ilk üç qolunda yaxından iştirak etdi: ilk hissədə Di Lorentsoya, fasilədən sonra Kvaratsxeliyaya assistentlik edən Romelu özü də qapıya yol tapmaqla rəqibin darmadağınında böyük rol oynadı. A seriyasında 5-ci mövsümünü keçirən 31 yaşlı hücumçu bu liqadakı qollarının sayını 72-yə çatdırdı.

Turun sitatı
Antonio Konte, “Napoli”nin baş məşqçisi:

“Vaxtilə “İnter”ə təyinat alarkən Lukakunu komandamda görmək istəmişdim. Daha əvvəl isə “Çelsi” rəhbərliyindən onu komandaya gətirməyi xahiş etmişdim. O, fiziki cəhətdən çox güclüdü, amma indiki forması optimal sayıla bilməz və bu planda işləməyə davam edirik. Ən yaxşı formasında olmasa da, artıq yeni komandasında özünü ən yaxşı tərəfdən göstərə bilir”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-01-2024, 22:0

“Latsio” yenə “İnter” ilə bacara bilmədi

Dünya futbolu

10-05-2023, 16:0

Milan - Roma dueli 4:0 nəticələndi - TURUN ŞƏRHİ

Dünya futbolu

20-12-2023, 23:0

“İnter” “Yuventus”dan 4 xal irəli çıxdı – TURUN ŞƏRHİ

Dünya futbolu

3-09-2024, 23:0

A seriyasında dördhakimiyyətlilik - ŞƏRH

Dünya futbolu

24-04-2022, 15:0

“İnter” 12 oyunluq seriyanı qırdı

Dünya futbolu

27-02-2024, 20:0

Kaltsonalı “Napoli”dən növbəti 1:1 – TURUN ŞƏRHİ

Aktual
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Son xəbərlər
  • Bu gün, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Bu gün, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Dünən, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Dünən, 12:26
    İtaliya klubunu tərk etdi
  • Dünən, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Dünən, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Dünən, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Dünən, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Dünən, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Dünən, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Dünən, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • 24-06-2026, 23:0
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
Daha çox
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 261
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 260
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 240
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 213
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə