• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

A seriyasında dördhakimiyyətlilik - ŞƏRH

Dünya futbolu

3-09-2024, 23:0

A seriyasında mövsümə iki qələbə ilə başlayan “Yuventus” seriyanı davam etdirə bilmədi.

3-cü turdan sonra birdən-birə 4 komanda turnir cədvəlində şərikli lider oldu. “Yuventus” evdə “Roma” ilə keçirdiyi oyunda büdrədi. Meydanda barışmaz mübarizə getsə də, qapılar qarşısında real qol vəziyyəti nadir hallarda yaranırdı. Nəticədə matç başladığı hesabla sona çatdı. “Canavarlar”ın 2001-ci ildən sonra Turində top buraxmadıqlarını xüsusilə qeyd edək. Nəticədə “Yuventus” vahid liderliyi əldən verdi.

Mövsümə Genuyada 2:2 hesablı heç-heçə ilə başlayan “İnter” tədricən nəticələrini yaxşılaşdırır. 2-ci turda “Leççe”nin qapısından iki cavabsız top keçirən son çempion bu dəfə “Atalanta”nı darmadağın etdi. Avropa Liqasının son qalibi milanlılar qarşısında növbəti dəfə aciz qaldı. Simone İnzaqinin komandası əsl çempiona yaraşan oyunla daha çox top vurduğu üçün 1-ci yerə yüksəldi.
Milan şəhərinin eyniadlı təmsilçisi isə növbəti dəfə büdrədi. “Milan” paytaxtda “Latsio” ilə keçirilən matçda hesabı açsa da, müdafiədəki səhvlərə görə topu qapısında ardıcıl iki dəfə gördü. Qonaqlar yalnız Leaonun meydana çıxmasından sonra məğlubiyyətdən qaça bildilər. “Milan”ın yeni baş məşqçisi Paulu Fonsekanın onu və Ernandesi start heyətində oynatmamaq qərarı təəccüb doğurmaya bilməz. Nəticə isə qarşısına çempionluq hədəfini qoyan komandaya heç yaraşmır: “Milan” ilk 3 oyunda hesabına yalnız 2 xal yaza bilib...

İlk turda “Verona”dan üç cavabsız top buraxan “Napoli” tədricən özünə gəlir. Yeni baş məşqçi Antonio Kontenin debütü fiasko ilə nəticələnsə (“Verona”ya 0:3 hesablı məğlubiyyət) də, cənublular sonrakı iki oynu maksimum nəticə ilə başa vurublar. Amma “Napoli”nin evdə “Parma”ya çox çətinliklə qalib gəldiyini də deməliyik. İlk hissəni məğlub başa vuran neapollular buna görə 76-cı dəqiqədə ikinci xəbərdarlığı alaraq komandanı çox çətinə salan rəqib qapıçı Sudzukiyə minnətdar olmalıdılar. Buna qədər 5 əvəzləmənin hamısından yararlandıqları üçün qonaqların qapısını müdafiəçi Del Prato qorumalı oldu. O isə qalan vaxtda iki top buraxaraq qapıçı kimi heç də yaxşı görünmədi.

3-cü tur
İnter – Atalanta 4:0
Cimşiti, 3-öz qapısına. Barella, 10. Türam, 47; 56. (71745)
İnter: Zommer, Dimarko, Açerbi, Pavar, Bastoni (Auqusto, 61), Darmian, Barella (Frattezi, 79), Mxitaryan, Çalhanoğlu (Asllani, 61), Türam (Taremi, 79), Lautaro Martines (Arnautoviç, 83).
Atalanta: Karnesekki, Cimşiti, Rucceri, De Roon, Zappakosta (Palestra, 80), Bellanova (Toloy, 58), Ederson, Paşaliç, Samarciç (De Ketelare, 80), Breşianini, Retegi.
Latsio – Milan 2:2
Kastelyanos, 62. Dia, 66 - Pavloviç, 8. Leao, 77. (48600)
Latsio: Provedel, Tavareş (Hüsay, 90), Romanyoli, Patrik, Latsari (Maruşiç, 46), Rovella, Genduzi, Zakkanyi, Dia (Dele-Başiru, 81), Çauna (İsaksen, 46), Kastelyanos (Noslin, 86).
Milan: Menyan, F.Terraçano, Pavloviç, Tomori, Emerson (Ernandes, 72), Reynders (Musa, 71), Fofana, Pulişiç, Loftus-Çik, Çukvueze (Leao, 71), Okafor (Abraham, 71).
Bolonya – Empoli 1:1
Fabbian, 2 – Qyasi, 4. (25960)
Bolonya: Skorupski, Miranda, Beukema, Lukumi (De Silvestri, 83), Poş, Moro (Ebişer, 54), Fröyler, Karlsson (Odqor, 54), Fabbian (Dallinqa, 65), Orsolini (Urbanski, 82), Kastro.
Napoli – Parma 2:1
Lukaku, 90+2. Zambo Angissa, 90+7 – Bonni, 19-p. (45000)
Napoli: Meret, Olivera (Spinatsola, 46), Buoncorno, Rrahmani, Matsokki (Simeone, 78), Di Lorentso, Zambo Angissa, Lobotka, Kvaratsxeliya, Politano (Neres, 70), Raspadori (Lukaku, 63).
Fiorentina Montsa 2:2
Ken, 45. Qosens, 90+6 – Curiç, 18. Maldini, 35. (18376)
Fiorentina: P.Terraçano, Komutso (Lukas Martines, 80), Biraqi, Ranyeri, Qosens, Kataldi (İkone, 68), Mandraqora (Bove, 58), Dodo, Beltran (Kuame, 58), Kolpani (Adli, 68), Ken.
Yuventus – Roma 0:0
(41375)
Yuventus: Di Qreqorio, Kabal (Koopmeyners, 46), Bremer, Qatti, Savona, Facoli (Duqlas Luis, 67), Lokatelli (Makkenni, 67), Mbanqula (Konseysao, 46), Kambyaso, Yıldız, Vlahoviç (Qonsales, 83).
Roma: Svilar, Anxelinyo, Ndika, Mançini, Çelik, Kristante, Pisilli (Kone, 72), Salemakers (Zalevski, 62), Lorentso Pelleqrini (Şomurodov, 82), Sule (Dibala, 62), Dovbik (Baldantsi, 62).
Venetsiya – Torino 0:1
Koko, 86. (10652)
Leççe – Kalyari 1:0
Krstoviç, 56. (26386)
Cenoa – Verona 0:2
Çaçua, 55. Tenqstedt, 64-p. (30747)
Udineze – Komo 1:0
Brenner, 43. (20804)

1. İnter 3 2 1 0 8-2 7
2. Yuventus 3 2 1 0 6-0 7
3. Torino 3 2 1 0 5-3 7
4. Udineze 3 2 1 0 4-2 7
5. Verona 3 2 0 1 5-3 6
6. Napoli 3 2 0 1 5-4 6
7. Empoli 3 1 2 0 3-2 5
8. Latsio 3 1 1 1 6-5 4
9. Parma 3 1 1 1 4-4 4
10. Cenoa 3 1 1 1 3-4 4
11. Fiorentina 3 0 3 0 3-3 3
12. Atalanta 3 1 0 2 5-6 3
13. Leççe 3 1 0 2 1-6 3
14. Milan 3 0 2 1 5-6 2
15. Montsa 3 0 2 1 2-3 2
16. Roma 3 0 2 1 1-2 2
17. Kalyari 3 0 2 1 1-2 2
18. Bolonya 3 0 2 1 2-5 2
19. Venetsiya 3 0 1 2 1-4 1
20. Komo 3 0 1 2 1-5 1

Bombardirlər: Türam (İnter) – 4, Retegi (Atalanta) – 3.
Növbəti turun oyunları sentyabrın 14-16-sı aralığında keçiriləcək: Komo – Bolonya, Empoli - Yuventus, Milan – Venetsiya, Cenoa - Roma, Atalanta - Fiorentina, Torino - Leççe, Kalyari - Napoli, Montsa – İnter, Parma – Udineze, Latsio - Verona.

B SERİYASI
3-cü tur: Bari - Sassuolo 1:1, Karrareze - Züdtirol 2:0, Çittadella - Piza 1:1, Kremoneze - Palermo 0:1, Frozinone - Modena 1:1, Reccana - Breşia 2:0, Salernitana - Sampdoriya 3:2, Çezena - Katanzaro 2:0, Kozentsa – Spetsiya 0:0, Yuve Stabia - Mantova 1:0.
4-cü tur: Sampdoriya - Bari 0:0, Modena – Çittadella 0:1, Piza - Reccana 2:1, Sassuolo – Kremoneze 1:4, Züdtirol – Breşia 3:2, Katanzaro - Karrareze 3:1, Frozinone - Yuve Stabia 0:0, Mantova - Salernitana 1:0, Palermo - Kozentsa 1:1, Spetsiya - Çezena 2:1.

1. Piza 4 2 2 0 7-4 8
2. Yuve Stabia 4 2 2 0 4-1 8
3. Spetsiya 4 2 2 0 6-4 8
4. Reccana 4 2 1 1 6-4 7
5. Mantova 4 2 1 1 6-5 7
6. Çittadella 4 2 1 1 4-3 7
7. Kremoneze 4 2 0 2 5-3 6
8. Çezena 4 2 0 2 6-5 6
9. Salernitana 4 2 0 2 7-7 6
10. Züdtirol 4 2 0 2 6-7 6
11. Breşia 4 2 0 2 3-4 6
12. Katanzaro 4 1 2 1 4-4 5
13. Sassuolo 4 1 2 1 5-7 5
14. Modena 4 1 1 2 4-5 4
15. Palermo 4 1 1 2 2-4 4
16. Frozinone 4 0 3 1 4-5 3
17. Karrareze 4 1 0 3 4-6 3
18. Sampdoriya 4 0 2 2 4-6 2
19. Bari 4 0 2 2 3-6 2
20. Kozentsa (-4) 4 1 2 1 4-4 1

Turun rəqəmi
6 – “Atalanta” bu dəfə də “İnter”dən xal ala bilmədi. Berqamolular bu rəqibə ardıcıl 6-cı dəfə uduzdular. Maraqlıdı ki, “İnter” bu il fevralın 28-də də evdə “Atalanta”nın qapısından 4 cavabsız top keçirmişdi.

Turun ulduzu
Markus Türam (İnter) – fransalı hücumçu yeni mövsümün əvvəlində əla formada olduğunu bir daha göstərdi. Türam “Atalanta” ilə matçda hesabın açılmasında yaxından iştirak etdi: Cimşiti məhz onun zərbəsindən sonra topu öz qapısına yönəltdi. Markus 2-ci hissədə dubl etməklə heç də zəif sayılmayan rəqibin darmadağınında rol oynadı. 27 yaşlı hücumçu 4 qolla bombardirlərin siyahısında liderliyi ələ aldı.

Turun sitatı
Romelu Lukaku, “Napoli”nin hücumçusu:

“Məni isti qarşılayan klubda və bu azarkeşlərin qarşısında oynamağı özüm üçün böyük şərəf sayıram. Debüt oyunumda qol vuracağımı hiss etmişdim. Amma əsas məsələ qələbə qazanmağımızdı. Xoşbəxtəm və bu xoşbəxtliyin davam etməsi üçün qələbələri sıralamalıyıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-04-2022, 15:0

“İnter” 12 oyunluq seriyanı qırdı

Dünya futbolu / Reportaj

28-04-2023, 21:0

“Napoli”: skudettoya bir adım qaldı – TURUN ŞƏRHİ

Dünya futbolu

4-04-2024, 20:0

“İnter” öz rekordunu təkrarladı – TURUN ŞƏRHİ

Dünya futbolu

17-05-2023, 16:0

A Seriyasının 35-ci TURUNUN ŞƏRHİ

Dünya futbolu

10-05-2023, 16:0

Milan - Roma dueli 4:0 nəticələndi - TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 12:0

“Milan” 11 ildən sonra öz meydanında ilk dəfə... - TURUN ŞƏRHİ

Aktual
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Son xəbərlər
  • Bu gün, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Bu gün, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Dünən, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Dünən, 12:26
    İtaliya klubunu tərk etdi
  • Dünən, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Dünən, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Dünən, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Dünən, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Dünən, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Dünən, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Dünən, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • 24-06-2026, 23:0
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
Daha çox
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 261
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 260
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 240
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 213
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə