• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kaltsonalı “Napoli”dən növbəti 1:1 – TURUN ŞƏRHİ

Dünya futbolu

27-02-2024, 20:0

"İnter”in A seriyasındakı qələbə yürüşü 26-cı turda da davam etdi.

"Football-plus.az" xəbər verir ki, bu tur çempionluq uğrunda mübarizədə zəif olan intriqa bir qədər də zəifləyə bilərdi. Amma liderin əsas izləyicisi olan “Yuventus” çətin qələbə ilə buna mane oldu. “Milan” və “Napoli”nin yenə xal itirməsi də diqqətdən yayınmadı.

İstənilən halda “İnter”in skudetto yarışında əsas favorit olduğu göz qabağındadı. Milanlıların hətta artıq böyük ölçüdə rəqibsiz qaldığını da əminliklə söyləmək olar. Ona görə ki, əsas izləyiciləri ilə müqayisədə bir oyun az keçirən Simone İnzaqinin komandası turdan-tura mövqeyini gücləndirir. Baş məqşçi “Leççe” ilə səfər matçında bir sıra aparıcı oyunçuları start heyətində meydana buraxmamaışdı. Buna baxmayaraq, “qara-göylər” skudettoya ən real namizəd olduğunu hər planda bir daha nümayiş etdirdilər. Doğrudu, ilk hissədə ev sahibləri “İnter”lə yetərincə rəqabət apara bildi. Bununla belə, çempionatın lideri fasiləyə Martinesin qolu ilə üstün yollanmağı bacardı. Milanlılar 2-ci hissədə daha üç qol vuraraq ardıcıl ikinci oyunu da 4:0-lıq darmadağınla başa vurdular. A seriyasında artıq 19 oyundu (16 qələbə, 3 heç-heçə) uduzmayan “İnter”in bu il bütün turnirlərdə keçirdiyi 10 oyunun hamısında qalib gəldiyini də qeyd edək. Lombardiyalıların əsas qol silahı sayılan Martines “Leççe” ilə matçda dubl etməklə cari mövsümdə A seriyasındakı qollarının sayını 22-yə çatdırdı və özü üçün rekord müəyyənləşdirdi. Argentinalı hücumçu bu liqada keçirdiyi əvvəlki iki mövsümün hər birində 21 qol vurmuşdu. O, artıq İtaliya çempionatının yüksək liqasında 101 dəfə qol sevinci yaşayıb. Lautaro “İnter”in tarixində belə göstəriciyə malik 3-cü əcnəbi oyunçudu. Ondan əvvəl A seriyasında macar İştvan Nyerş ilə argentinalı Mauro İkardi azı 100 qolun sevincini yaşamışdılar.

Nəhayət, “Yuventus” 4 oyunluq qələbəsiz seriyasına son qoydu. A seriyasında əvvəlki matçlarını iki heç-heçə və iki məğlubiyyətlə başa vuran turinlilər buna çox böyük çətinliklə nail oldular. “Frozinone” ilə ev oyununa erkən qolla başlayan “ağ-qaralar” sonradan arxa xətdə bir qədər inamsız təsir bağışladı. Bunun cəzasını isə ardıcıl iki top buraxmaqla çəkdilər. Ancaq Massimiliano Alleqrinin komandası hesabı açan Vlahoviçin növbəti dəqiq zərbəsi ilə fasiləyə məğlub yollanmaqdan qurtuldu. İkinci hissə “Yuventus”un üstünlüyü şəraitində keçsə də, qapıya yol tapmaq heç cür mümkün olmurdu. Bununla belə, ev sahibləri son saniyələrdə müdafiəçi Ruqaninin qolu ilə məğlubiyyətsizliyə son qoya bildi. “Yuve” əvvəlki kimi, liderdən 9 xal geri qalır. Amma “İnter”in bir oyun az keçirdiyini nəzərə alsaq, fərq arta bilər. Alleqrinin komandasına qələbənin iki aparıcı oyunçunu itirmək bahasına başa gəldiyini də qeyd edək. Rabyo ilk, Vlahoviçə hər iki qolun ötürməsini verən Makkenni isə ikinci hissədə zədələnərək meydanı erkən tərk etməli oldu.
Turinlilərin bəxtindən, əsas izləyici bu tura qələbə qazana bilmədi. Milanın eyniadlı digər komandası özü kimi praktiki olaraq Çempionlar Liqasına (ÇL) vəsiqə uğrunda yarışan “Atalanta” ilə ev oyununa erkən qolla başladı. Leaonun əvvəlcə Skalvini ilə Holmu, sonra isə qapıçı Karnesekkini yanıldaraq hesabı açdığı epizodu izləməyə dəyərdi. Amma “qırmızı-qaralar” uğurlu startın davamını gətirə bilmədilər. Fasiləyə az qalmış isə hesabdakı üstünlüyü əldən verdilər. Jirunun Holma qarşı hərəkəti VAR-ın köməyi ilə penalti ilə dəyərləndirildi və Koopmeyners əla şansı boşa vermədi. Atalanta” 2-ci hissəyə fəal başlasa da, təxminən on dəqiqə davam edən üstünlüyünü qola çevirə bilmədi. Bundan sonra meydanda diqtə edən tərəf “Milan” oldu. Ancaq Pulişiç, Jiru və Loftus-Çik şansları dəyərləndirə bilmədilər. Nəticədə Stefano Pyolinin komandası ardıcıl ikinci qələbəsiz oyundan sonra liderdən 13 xal geri düşdü. Milanlılar 3-cü yerdə qalsalar da, “Atalanta” ÇL-ə son vəsiqəni verən 4-cü yeri tərk etdi.

Çünki “Bolonya” azarkeşlərini növbəti qələbə ilə sevindirdi. Evdə “Verona” üzərində 2:0 hesablı qələbə qazanan Tyaqo Mottanın komandası artıq 5 turdu büdrəmir. Bolonyalılar yenidən “ÇL zonası”na daxil oldular.

“Napoli” isə fanatlarına məyusluq yaşatmağa davam edir. Son çempion bu dəfə səfərdə “Kalyari”ya üstün gələ bilmədi. Françesko Kaltsonanın baş məqşçi vəzifəsinə yenicə təyinat aldığı neapollular ardıcıl ikinci oyunu da 1:1 hesabıyla başa vurdular. “Napoli” həftəiçi ÇL-in “Barselona” ilə ev oyununda da buna nail olmuşdu.

26-cı tur
Leççe – İnter 0:4
Lautaro Martines, 15; 56. Frattezi, 54. De Vrey, 68. (27910)
İnter: Audero, Auqusto, De Vrey, Bissek, Dimarko (Byukenen, 77), Mxitaryan (Klassen, 65), Asllani (Barella, 55), Frattezi (Akinsanmiro, 77), Dyumfris, Sançes, Lautaro Martines (Arnautoviç, 65).
Yuventus – Frozinone 3:2
Vlahoviç, 3; 32. Ruqani, 90+5. (40719)
Yuventus: Şçensnı, Ruqani, Bremer, Qatti, Kostiç (Vea, 62), Kambyaso (Aylinq-Cunior, 86), Makkenni (Milik, 86), Lokatelli, Rabyo (Alkaras, 29), Kyeza (Yıldız, 62), Vlahoviç.
Kalyari – Napoli 1:1
Luvumbu, 90+6 – Osimhen, 65. (16382)
Napoli: Meret, Matsokki (Estiqor, 85), Juan Jezus, Rrahmani, Olivera, Zyelinski (Kayuste, 78), Lobotka, Zambo Angissa, Kvaratsxeliya (Politano, 73), Raspadori (Lindstrem, 79), Osimhen (Simeone, 85).
Milan – Atalanta 1:1
Leao, 3 – Koopmeyners, 42-p. (71264)
Milan: Menyan, Ernandes, Qabbya, Tiav, Florentsi (Kalabriya, 53), Bennaser (Musa, 79), Adli, Leao, Loftus-Çik, Pulişiç (Okafor, 88), Jiru.
Atalanta: Karnesekki, Kolaşinats, Skalvini (Toloy, 89), Cimşiti, Rucceri (Hin, 79), Kolm (Zappakosta, 46), Ederson, De Roon, Koopmeyners, De Ketelare (Lukmen, 46), Mirançuk (Skamakka, 63).
Bolonya – Verona 2:0
Fabbian, 27. Fröyler, 65. (24828)
Sassuolo – Empoli 2:3
Pinamonti, 54-p. Ferrari, 77 – Luperto, 11. Nyanq, 64-p. S.Bastoni, 90+4. (306)
Salernitana – Montsa 0:2
Maldini, 78. Pessina, 83. (18560)
Cenoa – Udineze 2:0
Retegi, 36. Bani, 40. (31126)
Roma – Torino 3:2
Dibala, 42-p.; 58; 69 – Sapata, 44. Heysen, 89-öz qapısına. (61595)
Fiorentina – Latsio 2:1
Kayode, 61. Bonaventura, 69 – Alberto, 45. (25190)
1. İnter 25 21 3 1 63-12 66
2. Yuventus 26 17 6 3 41-19 57
3. Milan 26 16 5 5 50-32 53
4. Bolonya 26 13 9 4 39-23 48
5. Atalanta 25 14 4 7 48-24 46
6. Roma 26 13 5 8 48-32 44
7. Fiorentina 26 12 5 9 39-30 41
8. Latsio 26 12 4 10 32-28 40
9. Napoli 25 10 7 8 34-29 37
10. Torino 26 9 9 8 25-25 36
11. Montsa 26 9 9 8 27-30 36
12. Cenoa 26 8 9 9 28-31 33
13. Empoli 26 6 7 13 22-40 25
14. Leççe 26 5 9 12 24-43 24
15. Udineze 26 3 14 9 25-40 23
16. Frozinone 26 6 5 15 34-55 23
17. Verona 26 4 8 14 23-36 20
18. Sassuolo 25 5 5 15 31-48 20
19. Kalyari 26 4 8 14 24-47 20
20. Salernitana 26 2 7 17 20-53 13
Bombardirlər: Lautaro Martines (İnter) - 22, Vlahoviç (Yuventus) – 15, Jiru (Milan) – 12.
Növbəti turun oyunları martın 1-4-ü aralığında keçiriləcək: Latsio – Milan, Udineze - Salernitana, Montsa - Roma, Torino – Fiorentina, Verona – Sassuolo, Empoli – Kalyari, Frozinone – Leççe, Atalanta – Bolonya, Napoli – Yuventus, İnter - Cenoa.

Turun rəqəmi
1000 – “Yuventus”un bu tur uduzmaması Massimiliano Alleqri üçün unikal göstəricini reallaşdıracaqdı. Belə ki, bu halda təcrübəli mütəxəssisin A seriyasında müxtəlif komandalarla qazandığı xalların (qələbəyə görə 3 xal prinsipi ilə) cəmi 1000-ə çatacaqdı. Alleqri artıq bu liqada belə göstəriciyə nail olan ilk məşqçidi. Komandasının qələbəsi onun ümumi xalını 1002-yə çatdırdı. Xatırladaq ki, 56 yaşlı mütəxəssis A seriyasında daha əvvəl “Milan”, “Kalyari”, “Sassuolo” və “Udineze”ni də çalışdırıb. Onun komandaları bu liqada ümumilikdə 301 qələbə qazanıb, 99 dəfə heç-heçə edib və 96 oyunda məğlub olub.

Turun ulduzu
Duşan Vlahoviç (Yuventus) – serb futbolçu ikinci dövrədə əla forma yığması ilə onu mövsümün ilk dövrəsində kəskin tənqid edənləri əməlli-başlı susdurub. Vlahoviç komandasının “Frozinone”dən 3 xal almasında 2 qol və 1 məhsuldar ötürmə ilə rol oynadı. 24 yaşlı hücumçu oyunboyu fəallığı və məhsuldar fəaliyyəti ilə yadda qaldı. Duşanın bu mövsüm A seriyasında keçirdiyi 23 oyuna 15 qol vurduğunu bildirək. Onun ötən mövsümdəki göstəriciləri 27 oyuna və 10 qola bərabər olmuşdu.

Turun sitatı
Roberto D’Aversa, “Leççe”nin baş məşqçisi: “İnter” ardıcıl 9 qələbə qazanıb, bu komandanın 2024-cü ildəki statistikası adamı valeh edir. Bu səbəbdən qarşıdakı oyunun bizim üçün uğurlu alınmamaq ehtimalı yüksəkdi. Amma mən futbolda qeyri-mümkün heç nəyin olmadığını hesab edirəm. Komandamız üçün müsbət amil öz meydanımızda oynayacağımızla bağlıdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-11-2023, 15:0

Alleqri favoritin adını açıqladı

Dünya futbolu

20-02-2024, 21:0

Lautaro Martines Meatsanın yolu ilə gedir

Dünya futbolu / Reportaj

28-04-2023, 21:0

“Napoli”: skudettoya bir adım qaldı – TURUN ŞƏRHİ

Dünya futbolu

10-05-2023, 16:0

Milan - Roma dueli 4:0 nəticələndi - TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 13:0

“Napoli” tarixində daha bir ilki reallaşdırdı - ŞƏRH

Dünya futbolu

3-05-2023, 17:0

Romada dramatik sonluq, “Napoli”nin çempionluğu təxirə salındı - TURUN ŞƏRHİ

Aktual
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Son xəbərlər
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Dünən, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Dünən, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Dünən, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Dünən, 11:30
    Milandan Madridə yollanacaq
  • Dünən, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Dünən, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 10:00
    London klubunu tərk etdi
  • 6-06-2026, 23:0
    A seriyasında istefa
  • 6-06-2026, 23:0
    Futbol əfsanəsi vəfat etdi
  • 6-06-2026, 23:0
    İspaniyadan Niderlanda üz tutdu
  • 6-06-2026, 22:0
    “Nyukasl”dan ayrıldılar
  • 6-06-2026, 22:0
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • 6-06-2026, 21:0
    Bolonyada qərar tutdu
  • 6-06-2026, 21:0
    İstefası qaçılmaz oldu
  • 6-06-2026, 20:0
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 710
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 246
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 152
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə