Mbappe mükafatını aldı

18.09.2024 11:13 116
Dünya futbolu
Kilian Mbappe mükafatını alıb.

“Real”ın hücumçusuna Çempionlar Liqasının bombardirinə verilən “Qızıl buts” təqdim olunub. Bu barədə fransalı futbolçu özünün sosial şəbəkə hesabında məlumat verib.

Xatırladaq ki, Kilian 2023/24 mövsümündə PSJ-nin heyətində ÇL-də 8 qol vurub. Paris klubu yarımfinal qədər irəliləyb və bu mərhələdə Dortmund “Borussiya”sına hər iki oyunda 0:1 hesabı ilə uduzub.

Mbappe “Real”a bu yay azad agent kimi keçib. Dünya çempionu İspaniya çempionatında meydana çıxdığı 5 oyunda 3 qol vurub.