• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İlk tur hansı sürprizlərlə yadda qalacaq? - YENİLƏNİR

Manşet / Çempionlar Liqası

17-09-2024, 17:0

Futbol azarkeşlərini təbrik edirik.

Avropanın ən mötəbər klub turniri qayıtdı. Özü də yenilənmiş şəkildə. Bu gün yeni formatda keçiriləcək ilk Çempionlar Liqasına start verilir. 3 gün ərzində bizi bir-birindən maraqlı oyunlar gözləyir. İlk tura ümumi nəzər salaq.

“San Siro” “Liverpul” üçün uğurlu məkandı
İlk oyun gününün önəmli matçları Turin və Berndə keçiriləcək. Pley-offda “Qalatasaray”ı hər iki oyunda məğlub edərək böyük sürprizə imza atan “Yanq Boyz” bu seriyanı son 41 ildə ilk dəfə ÇL-də oynayan “Aston Villa” ilə qarşılaşmada da davam etdirməyə çalışacaq. Maraqlıdı ki, “Yanq Boyz”un hələ də daxili çempionatda qələbəsi yoxdu və komanda 6 turdan sonra sonuncu (!) pillədə qərarlaşıb. Yenilənmiş “Yuventus” birillik fasilədən sonra ÇL-ə qayıdır. “Qoca sinyora”nın ötən mövsüm bu turnirdə 1/8 finala qədər irəliləyən Niderland çempionu PSV-yə qarşı necə təsir bağışlayacağı maraq doğurur. Maraqlıdı ki. bu komandalar ÇL-in daimi iştirakçısı olmasına baxmayaraq, buna qədər rəsmi matçda yolları heç vaxt kəsişməyib. Şübhəsiz, ilk oyun gününün ən çox maraqla gözlənilən matçı “San Siro”da keçiriləcək. “Milan”la “Liverpul”un adı gələn kimi 2005-ci ildəki möhtəşəm final yada düşür. “San Siro”nu “qırmızılar” üçün uğurlu məkan saymaq olar. Çünki komanda 2008-dən bəri bu stadionda keçirdiyi (iki dəfə “İnter”ə, bir dəfə “Milan”a qarşı) hər 3 oyundan qələbə ilə ayrılıb. “Rossonyerlər” bu seriyaya son qoymağa çalışacaq. “Qarabağ”ın ÇL-də yolunu kəsən Zaqreb “Dinamo”su son 20 mövsümün hər birində bu turnirə qələbə ilə başlayan və hazırda qrup mərhələsində 40 oyunluq məğlubiyyətsiz seriyaya malik olan “Bavariya”nın qonağı olacaq. Son 11 mövsümdə bu turniri 6 dəfə qazanmış ÇL-in kralı “Real”ın yeni formatdakı macərası isə “Ştutqart”a qarşı oyunla start götürür. Şvabiyalılar bu turnirdə sonuncu dəfə 2010-cu ildə oynayıblar. Madrid nəhənginin Almaniya klublarına qarşı son 18 matçın yalnız 1-də uduzduğunu bildirək (11 qələbə, 6 heç-heçə).

“İnter” “Siti”dən qisas ala biləcəkmi?
İkinci oyun gününə gəlincə, “Zaltsburq”u qəbul edəcək “Sparta” bu anı çoxdan gözləyirdi. Komanda ÇL-in qrupunda sonuncu dəfə 2005/06-da oynamışdı. Amma bu həsrət “Bolonya”nınkı ilə müqayisəyə gəlməz. Çünki bu komanda Avropanın ən mötəbər klub turnirində sonuncu dəfə 1964/65-də oynayıb! “Bolonya” son 6 mövsümdə ÇL-də oynamasına baxmayaraq, bunların heç birində pley-offa yüksələ bilməyən “Şaxtyor”a gücünü göstərməyə çalışacaq. İkinci oyun günündə bütün diqqətlər Mançesterə yönələcək. Bizi yenə ÇL-in finalında üz-üzə gəlmiş İngiltərə və İtaliya nəhənglərinin dueli gözləyir. Bu komandalar 2023-də İstanbuldakı finaldan bəri ilk dəfə qarşılaşacaq və “İnter”, təbii ki, qisas almağa çalışacaq. Hərçənd “Siti”nin ÇL-də evdə 31 oyunluq məğlubiyyətsiz seriyaya malik olması “neradzurra”nı qorxutmaya bilməz. Ötən mövsüm hər kəsi təəccübləndirərək finala yüksələn “Borussiya”nın yeni macərası Belçikada start götürəcək. “Brügge” bu rəqibə qarşı uğursuz seriyaya son qoymağa çalışacaq. Çünki Belçika çempionu “arılar”a qarşı keçirdiyi son 4 oyunun hamısında qələbəyə və qola həsrət qalıb. Ötən mövsüm İspaniya çempionatında “Barselona” və “Atletiko” kimi nəhənglərlə başabaş mübarizə apararaq sürpriz şəkildə ÇL-ə vəsiqə qazanan “Jirona”nı “Park de Prens”ə çətin səfər gözləyir. Kataloniya təmsilçisi əsas ulduzlarını satdığından ötən mövsümdəki gücündən çox uzaq görünür. Ona görə də bu komandadan sürpriz gözlənilmir. PSJ-nin ÇL-in qrup mərhələsi çərçivəsində keçirdiyi son 50 (!) oyunun hər birində qol vurduğunu bildirək. Bu seriya 2015-ci ildə “Real”a 0:1 hesablı məğlubiyyətdən sonra başlayıb.

“Barselona” bu dəfə “Monako” ilə bacaracaqmı?
Üçüncü oyun günü “Bayer-04”ün Rotterdama, “Benfika”ın isə Belqrada səfəri ilə start götürəcək. Ötən mövsümün gedişində məğlubedilməz təsir bağışlayan və bir sıra rekordları yeniləyən “Bayer-04”ü izləyərkən hər birimiz ”görəsən, bu komanda ÇL-də necə təsir bağışlayardı” sualına cavab axtarmağa çalışırdıq. Ona görə də Xabi Alonsonun kollektivini, nəhayət, bu turnirdə izləmək çox maraqlı olacaq. Hərçənd Leverkuzen təmsilçisi indi məğlubedilməz təsir bağışlamır və bu mövsüm artıq bundesliqada uduzmağa macal tapıb. “Benfika” ilə “Srvena”nın yolu isə 1984/85-dən bəri ilk dəfə kəsişib. O vaxt bu komandalar ÇK-nın birinci mərhələsində qarşılaşmış və Lissabon nəhəngi ümumilidə 4:3 üstün olmuşdu. La Liqada mövsümə fırtına kimi başlayan “Barselona” heç də zəif olmayan “Monako” ilə səfərdə qarşılaşacaq. Bu oyuna maraq qatan məqam odu ki, “blauqrana”nı məğlub edən sonuncu komanda məhz elə “Monako”du. Bu hadisə avqustun 12-də ənənəvi “Xuan Qamper Kuboku”nda baş vermişdi. “Knyazlar” Kataloniyada 3:0-lıq zəfər əldə etmişdilər. Həmin oyun hər nə qədər qeyri-rəsmi xarakter daşısa da, “Barsa” hər gələn-gedənə 3 cavabsız qolla uduzmur. O vaxtdan bəri La Liqada keçirdiyi 5 oyunun hamısında qalib gələn, ümumilikdə 17 qol vuran Flikin komandası həm bu seriyanı davam etdirməyə, həm də fürsət düşmüşkən, “Monako”dan qisas almağa çalışacaq. Ötən mövsüm AL-də finala gedən yolda “Liverpul”a qənim kəsilən və “Enfild”də 3:0 hesablı tarixi qələbə qazanan “Atalanta” bu dəfə premyer-liqanın daha bir “əjdahası” “Arsenal”ı təəccübləndirməyə çalışacaq. Mikel Artetanın başçılığı altında yeni simaya bürünən və əvvəlki əzəmətini bərpa edən London klubu ÇL-də ötənilkindən daha uğurlu çıxış etmək arzusundadı. Komanda ötən mövsüm 1/4 finala qədər irəliləyərək “Bavariya” səddinə ilişmişdi. Günün daha bir maraqlı oyunu Madriddə keçiriləcək. “Atletiko” fanatları önündə “Leyptsiq”i sınağa çəkəcək. “Öküzlər” hər an sürpriz etməyə qadir olan komanda təsiri bağışlayır. Marko Rozenin kollektivi bir neçə həftə öncə Leverkuzendə “Bayer-04”ü yenmişdi. Ona görə də oyun “Atletiko” üçün asan gəzinti olmayacaq. Maraqlıdı ki, bu komandaların indiyə qədər baş tutan yeganə duelində “Leyptsiq” sevinib. 2019/20-də ÇL-in 1/4 finalında, neytral meydanda və azarkeşsiz keçirilən oyunda Yulian Naqelsmannın çalışdırdığı bundesliqa təmsilçisi 2:1 üstün olmuşdu.

17 sentyabr
Yuventus - PSV

Cəzalı: yoxdu
Hakim: Alexandro Ernandes (İspaniya)

Yanq Boyz – Aston Villa
Cəzalı: yoxdu
Hakim: Georgi Kabakov (Bolqarıstan)

Bavariya – Dinamo Z
Cəzalı: yoxdu
Hakim: Xuan Martines Munuera (İspaniya)

Milan – Liverpul
Cəzalı: yoxdu
Hakim: Espen Eskos (Norveç)

Real – Ştutqart
Cəzalı: yoxdu
Hakim: Xəlil Umut Mələr (Türkiyə)

Sportinq – Lill
Cəzalı: yoxdu
Hakim: Donatas Rumşas (Litva)

18 sentyabr
Bolonya – Şaxtyor

Cəzalı: yoxdu
Hakim: Rohit Saqqi (Norveç)

Sparta – Zaltsburq
Cəzalı: yoxdu
Hakim: Rade Obrenoviç (Sloveniya)

Brügge – Borussiya D
Cəzalı: yoxdu
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina)

Seltik – Slovan
Cəzalı: yoxdu
Hakim: Danni Makkeli (Niderland)

Mançester Siti – İnter
Cəzalı: yoxdu
Hakim: Qlenn Nyuberq (İsveç)

PSJ – Jirona
Cəzalı: yoxdu
Hakim: Daniel Zibert (Almaniya)

19 sentyabr
Feyenoord – Bayer-04

Cəzalı: yoxdu
Hakim: açıqlanmayıb

Srvena Zvezda – Benfika
Cəzalı: yoxdu
Hakim: açıqlanmayıb

Atalanta – Arsenal
Cəzalı: yoxdu
Hakim: açıqlanmayıb

Atletiko – Leyptsiq
Cəzalı: yoxdu
Hakim: açıqlanmayıb

Monako – Barselona
Cəzalı: yoxdu/Arauxo
Hakim: açıqlanmayıb

Brest – Şturm
Cəzalı: yoxdu
Hakim: açıqlanmayıb

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-08-2024, 14:0

Okan Buruk ''Yanq Boyz''la oyunöncəsi nə dedi?

Dünya futbolu

27-08-2024, 13:0

''Qalatasaray'' rəhbərliyi mərhələ üçün pul mükafatını artırdı

Dünya futbolu / Manşet

12-08-2024, 19:0

''Qalatasaray'' bu cütün favoritidi''

Dünya futbolu

27-08-2024, 13:0

Muslera ''Yanq Boyz''la cavab matçında oynayacaqmı?

Dünya futbolu

21-08-2024, 15:0

"Qalatasaray''la oyunda meydana yalnız qələbə üçün çıxacağıq"

Çempionlar Liqası

5-10-2023, 01:0

"Nyukasl" PSJ-ni böyük hesabla məğlub etdi - YENİLƏNİB

Aktual
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
“CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
"Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
“Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
"Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
Son xəbərlər
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Dünən, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Dünən, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Dünən, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Dünən, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
  • Dünən, 16:21
    Nərimanın baş məşqçisi qovuldu
  • Dünən, 15:51
    “Kəpəz”in futbolçusu 200-ə çatdı
  • Dünən, 15:23
    Zamiqin komandası böyükhesablı qələbə qazandı
  • Dünən, 14:52
    “Bavariya”da iki yeni müqavilə
  • Dünən, 14:31
    "Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
  • Dünən, 14:03
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 13:44
    “Klublar çalışmalıdı ki, hər birinin heyətində, heç olmasa, üç azərbaycanlı meydana çıxsın” - Rəşad Məcid
  • Dünən, 13:16
    “Çelsi”nin yeni baş məşqçisi olacaq
  • Dünən, 12:45
    Fransa olmasın, Mərakeş olsun!
  • Dünən, 12:14
    Slot antirekordçu məşqçi oldu
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 228
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə