• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Nyukasl" PSJ-ni böyük hesabla məğlub etdi - YENİLƏNİB

Çempionlar Liqası

5-10-2023, 01:0

Avropanın ən mötəbər klub turnirində mübarizə qaldığı yerdən davam edir.

İlk turu xalsız başa vuran “Mançester Yunayted”, “Benfika”, Dortmund “Borussiya”sı kimi iddialıların bu dəfə necə təsir bağışlayacağı maraq doğurur. İlk oyun günündə türkiyəli, eləcə də azərbaycanlı futbolsevərlərin diqqəti, heç şübhəsiz, Mançesterə yönələcək. Amma başqa şəhərlərdə də maraq doğuran oyunlar olacaq.

İstanbul nəhənginin İngiltərədə qələbəsi yoxdu

“Old Trafford”dakı qarşılaşma hər iki komanda üçün həqiqət anı olacaq. Düzdü, ilk baxışdan bərabərlik Türkiyə çempionu üçün faciə sayılmayacaq. Bu baş verəcəyi və “Bavariya” Danimarkadan qələbə ilə dönəcəyi halda, “Qalatasaray” 2-ci turu 2-ci pillədə tamamlayacaq. Amma “Yunayted” indi çox qarışıq dönəmdən keçir və “Cim-Bom”, çətin ki, bir də nə vaxtsa, bu rəqibi belə durumda yaxalasın. İstanbul nəhəngi tarixində ilk dəfə İngiltərədə qələbə qazanmağa çalışacaq. “Sarı-qırmızılar” bu günə qədər İngiltərədə keçirdiyi 10 qarşılaşmadan 3 heç-heçə, 7 məğlubiyyətlə ayrılıb. Bu heç-heçələrdən biri məhz “Old Trafford”da qeydə alınıb. Amma bu hadisə 30 il öncə - 1993-ün oktyabrında baş verib (3:3). “Qalatasaray” o tarixdən sonra “Old Trafford”da keçirdiyi hər iki oyunda qol vurmadan məğlub olub (1994-də 0:4, 2012-də 0:1). “Aslan”ın avrokuboklarda keçirdiyi son 19 görüşün yalnız birində uduzması (10 qələbə, 8 heç-heçə) fanatları ümidləndirməyə bilməz. Qrupun digər oyununda “Bavariya” özünə məxsus olan iki rekordu bir qədər də yaxşılaşdırmağa çalışacaq. Belə ki, Münhen nəhəngi hazırda ÇL-in qrup mərhələsində 35 oyunluq məğlubiyyətsiz (32 qələbə, 3 heç-heçə) və 14 oyunluq qələbə seriyasına malikdi! B qrupunda “Arsenal” “Lans”la səfər oyununda favorit statusunu doğrultmağa və ÇL-in qrup mərhələsində ardıcıl 19-cu oyunda ən azı bir qol vurmağa çalışacaq. ÇL-in qrupunda son 13 oyunda qələbəyə həsrət qalan PSV bu seriyanı “Sevilya” ilə matçda bitirməyə çalışacaq. İtaliya klublarına qarşı 8 oyunluq qələbə seriyasına malik olan, eləcə də son 15 oyunun 14-də italyanlardan üstün olan “Real” bu seriyanı Neapolda davam etdirməyə çalışacaq. Kroos meydana çıxacağı təqdirdə ÇL-də 100-cü oyununu keçirəcək və turnirin tarixində 100 oyun həddinə çatmış 27-ci futbolçu olacaq. ÇL-in debütantı “Union” “Braqa”nı 22 minlik öz stadionunda yox, nəhəng “Olimpiaştadion”da qəbul edəcək. Ötən mövsüm bu komandalar AL-də də eyni qrupda mübarizə aparmışdılar. O vaxt hər iki oyunda meydan sahibləri minimal hesablı qələbə qazanmışdılar. 2003-cü ildə “Qalatasaray”ı İstanbulda 2:1 hesabı ilə yenəndən bəri ÇL-in qrupunda keçirdiyi 11 oyunun hamısında qələbəyə həsrət qalan “Real Sosyedad” bu seriyanı Avstriyada bitirməyə çalışacaq. “Benfika” isə ən azı 6 ay əvvəlki qəhrəmanlığını təkrarlayaraq “San Siro”dan xalla qayıtmağa səy göstərəcək.

Holann bu dəfə “Leyptsiq”ə neçə qol vuracaq?

İlk turda “Latsio” ilə səfər oyununda qapıçıdan qol buraxmaqla qələbəni əldən verən “Atletiko”nun son dönəmlərdə ÇL-in qrupunda işləri qaydasında getmir. Yaxın keçmişdə bu turnirdə 2 dəfə final oynayan Madrid nəhəngi qrup mərhələsində keçirdiyi son 11 qarşılaşmanın cəmi 1-də qalib gəlib (3 heç-heçə, 6 məğlubiyyət)! Ona görə Dieqo Simeonenin komandasının əla formada olan, son 6 rəsmi oyunda qalib gələn və bu müddətdə 26 qol vuran “Feyenoord”la qarşılaşmada necə təsir bağışlayacağı maraq doğurur. İtaliya çempionatında işləri qaydasında getməyən “Latsio” isə Qlazqonu fəth etməyə çalışacaq. Romalıların ÇL-in qrupunda son 7 qarşılaşmada uduzmadıqlarını bildirək (2 qələbə, 5 heç-heçə). Fransa çempionatının son turunda autsayder “Klermon”un müdafiəsini yara bilməyən PSJ-nin səfərdə “Nyukasl”ın müdafiəsini necə yaracağı maraq doğurur. Çünki “sağsağanlar” hazırda bütün turnirləri nəzərə almaqla 470 dəqiqəlik qol buraxmamaq seriyasına malikdi! “Ölüm qrupu”nun digər oyununda Dortmund “Borussiya”sı “Milan”la qarşılaşmada ilk xal(lar)ını qazanmağa çalışacaq. “Milan” son 14 ildə ilk dəfə Almaniya təmsilçisi ilə üz-üzə gələcək. “Arılar”ın ÇL-in qrupunda son 15 ey oyununun cəmi 1-də uduzduğunu bildirək (9 qələbə, 4 heç-heçə). G qrupunda son illər yolları tez-tez kəsişən “Leyptsiq”lə “Mançester Siti”nin dueli maraq doğurur. Təbii ki, əsas diqqətlər Erlinq Holanna yönələcək. “Leyptsiq” norveçli qoleadorun ən sevimli rəqiblərindən biri, bəlkə də birincisidi. Ötən mövsümün 1/8 finalında Mançesterdəki cavab oyununda Holannın “öküzlər”in qapısından 5 top keçirdiyini, yəqin ki, gözəl xatırlayırsız.

O, Almaniyadakı karyerasında isə “Borussiya”nın heyətində “Leyptsiq”ə qarşı 4 oyuna 6 dəfə fərqlənib. Başqa sözlə desək, onun bu rəqiblə 6 oyunda hesabında 11 qol var! İlk turda debütant “Antverp” üzərində parlaq qələbə qazanan “Barselona”nı çətin “Portu” səfəri gözləyir. “Barsa” sonuncu dəfə Portuqaliyanın digər nəhəngi “Benfika” ilə eyni qrupda yer alarkən (2021/22) bu komandaya nə səfərdə qol vura bilmişdi (0:3), nə də evdə (0:0). Yeri gəlmişkən, La Liqanın son turunda “Real”ın sabiq müdafiəçisi Serxio Ramos “Sevilya”nın heyətində “Barsa”ya rəqib oldu və avtoqolla yadda qaldı. Bu matçda isə “Real”ın daha bir sabiq müdafiəçisi Pepe də kataloniyalılara rəqib ola bilərdi. Amma “Portu”nun 40 yaşlı üzvünün zədə üzündən oyunu buraxacağı gözlənilir.

qrup mərhələsi, 2-ci tur
4 oktyabr
E qrupu
Atletiko – Feyenoord 3:2

Cəzalı: yoxdu/S.Ximenes
Hakim: Fransua Letesye (Fransa)

Seltik – Latsio 1:2
Cəzalı: Laqerbilke, Holm/yoxdu
Hakim: Donatas Rumşas (Litva)
Atletiko, Latsio – 4, Feyenoord – 3, Seltik – 0.

F qrupu
Nyukasl – PSJ 4:1

Cəzalı: yoxdu
Hakim: İştvan Kovaç (Rumıniya)

Borussiya D – Milan 0:0
Cəzalı: yoxdu
Hakim: Şimon Marçinyak (Polşa)
Nyukasl - 4, PSJ – 3, Milan – 2, Borussiya D – 1.

G qrupu
Leyptsiq – Mançester Siti 1:3

Cəzalı: yoxdu
Hakim: Artur Diaş (Portuqaliya)

Srvena Zvezda – Yanq Boyz 2:2
Cəzalı: yoxdu
Hakim: Uilyam Kollam (Şotlandiya)
Mançester Siti – 6, Leyptsiq - 3, Srvena Zvezda, Yanq Boyz – 1.

H qrupu
Portu – Barselona 0:1

Cəzalı: yoxdu
Hakim: Entoni Teylor (İngiltərə)

Antverp – Şaxtyor 2:3
Cəzalı: yoxdu
Hakim: Rade Obrenoviç (Sloveniya)
Barselona - 6, Şaxtyor, Portu – 3, Antverp – 0.

3 oktyabr
A qrupu
Mançester Yunayted – Qalatasaray 2:3
Cəzalı: yoxdu
Hakim: İvan Krujlyak (Slovakiya)

Kopenhagen – Bavariya 1:2
Cəzalı: Yelert/yoxdu
Hakim: Orel Qrinfild (İsrail)
Bavariya – 3, Kopenhagen, Qalatasaray – 1, Mançester Yunayted – 0.

B qrupu
Lans – Arsenal 2:1

Cəzalı: yoxdu
Hakim: Marko Quida (İtaliya)

PSV – Sevilya 2:2
Cəzalı: yoxdu
Hakim: Daniele Orsato (İtaliya)
Arsenal – 3, Lans, Sevilya – 1, PSV – 0.

C qrupu
Napoli – Real 2:3

Cəzalı: yoxdu
Hakim: Kleman Turpen (Fransa)

Union – Braqa 2:3
Cəzalı: yoxdu
Hakim: Srcan Yovanoviç (Serbiya)
Napoli, Real – 3, Braqa, Union – 0.

D qrupu
İnter – Benfika 1:0

Cəzalı: yoxdu/A.Silva
Hakim: Danni Makkeli (Niderland)

Zaltsburq – Real Sosyedad 0:2
Cəzalı: yoxdu
Hakim: Bartoş Frankovski (Polşa)
Zaltsburq – 3, İnter, Real Sosyedad – 1, Benfika – 0.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Dünya futbolu

15-03-2022, 19:0

"Qalatasaray'' 1962-dən bu yana ilk dəfə…

Dünya futbolu

15-08-2023, 18:0

Zanyolo ''Qalatasaray''dan İngiltərəyə yollanır

Çempionlar Liqası

21-09-2023, 21:0

''Qalatasaray'' XXI əsrdə bunu ilk dəfə bacardı!

Dünya futbolu

17-11-2022, 19:0

''Mən olsam, Ronaldonu ''Qalatasaray''a transfer edərəm''

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 119
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 104
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 100
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə