• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İngiltərənin inamlı qələbəsində irlandiyalıların izi var - İCMAL

Dünya futbolu

14-09-2024, 16:0

İngiltərə yığması Millətlər Liqasının yeni mövsümünə yetərincə inamlı qələbə ilə başladı.

“Üç şir” Qaret Qautqeytin uzunmüddətli hakimiyyətindən sonra “sükan arxasına” keçən Li Karslinin rəhbərliyi altında ilk rəsmi oyuna çıxmışdı. Bu komandalar arasındakı tarixi rəqabəti nəzərə alsaq, əlbəttə, hər kəs İrlandiya yığmasından daha ciddi müqavimət gözləyirdi. Amma yalnız oyunun əvvəlində meydan sahibləri az-çox rəqabət apara bildi, sakitcə təzyiqə davam gətirən ingilislər ardından oyunun axarına total nəzarəti ələ keçirdilər.

İrlandiya yığması hətta pressinq də etmirdi. Meydan sahibləri passiv şəkildə yer dəyişir, sadəcə, ingilislərin topu meydanda necə dığırlatmasını müşahidə edirdilər. Və belə laqeydlik irlandiyalılara baha başa gəldi. Artıq 11-ci dəqiqədə Rays hesabı açdı, hissənin ortalarında isə Qriliş məhz onun ötürməsindən sonra fərqi artırdı. Oyunun qalan dəqiqələrində də ingilislərin daha çox qol vurmaq üçün saysız-hesabsız imkanı var idi. Məsələn, Keyn hədsiz çox imkanı əldən verdi. İrlandiyalılar yalnız 2-ci hissənin ortalarında canlanmağa başladılar. Bəlkə də belə demək daha doğru olar: meydan sahibi olduqlarını anladılar. Amma onların fəallaşması, sadəcə. meydanda bərabər səviyyəli oyun getməsini şərtləndirdi, başqa bir ciddi hadisəyə səbəb olmadı. Hətta oyunun belə axarı fonunda da ingilislərin qol vurmaq şansı rəqiblə müqayisədə daha çox idi.

Bəlkə də Millətlər Liqasında B divizionuna heç vaxt belə yüksək maraq olmayıb. Ancaq İngiltərə yığması A liqası ilə vidalaşıb və aşağı yuvarlanıb. Digər tərəfdən, artıq Sauqeytin “sükan arxasında” olmamasını də nəzərə almaq lazımdı. Onun oyun üslubu praqmatizm, ehtiyatlılıq və sönüklük ifadələrinə tam uyğun gəlir. Baş məşqçinin səlahiyyətlərinin daşıyıcısı Karsli isə tam fərqli mütəxəssisdi. Onun əvvəllər rəhbərlik etdiyi, heyətində Palmer, Qordon və Koluillin də olduğu gənclər yığması çox parlaq oyun sərgiləyirdi, ötən il gənclər arasında Avropa çempionu olub. 50 yaşlı mütəxəssis Fodeni də hələ MS-nin yeniyetmələrdən ibarət komandasında olarkən çalışdırıb.

Əlbəttə, söhbət İrlandiya – İngiltərə oyunundan gedirsə, başqa məqama da diqqət yetirməliyik. Karslinin vaxtilə İrlandiya yığmasının heyətində müntəzəm meydana çıxdığə Dublindəki qarşılaşma ingiltərəli azarkeşlərə xoş təsir bağışadı. Qriliş start heyətində, Aleksander-Arnold sevimli mövqeyində - müdafiənin sağında, üstəlik meydanda açıq və şən futbol gedir...

Bu oyunla bağlı bir məqamın da üzərində dayanmağa dəyər. Sautqeytin yığmasından fərqli bu yığma hesabı açandan sonra da tempi aşağı salmadı. Əksinə, qol vurmaq üçün çalışdı. Əksinə, qonaqlar daha bir gözəl kombinasiya nəticəsində fərqi artırdılar. Nə qədər təzadlı olsa da, hər iki qol İrlandiya mənşəli futbolçuların hesabındadı. Həm Qriliş, həm də nümayişkaranə şəkildə vurduğu qolu qeyd etməyən Rays vaxtilə İrlandiyanın müxtəlif yaş qrupu üzrə yığmalarının şərəfini qoruyub. “Arsenal”ın xabveki hətta üç dəfə İrlandiyanın əsas yığmasının heyətində yoldaşlıq oyunlarında da görünüb.

Yuxarıda da vurğuladığımız kimi, İngiltərə yığması daha çox qol vura bilərdi. Sadəcə, meydan sahiblərinin qapıçısı Kelleher yetərincə inamlı təsir bağışladı. Belə qələbədən sonra hər kəsi düşündürən sual budu: doğrudanmı, İngiltərə yığmasına Xosep Qvardiola lazımdı. Təbii ki, Karslinin komandasının parlaq qələbəsi ispaniyalı mütəxəssisi yığmada görmək istəyən azarkeşlərin, futbol ictimaiyyətinin sıralarını seyrəldəcək. İstənilən halda, bir oyun əsasında qiymət vermək çətindi. İngiltərə bu qrupdan lider kimi çıxacağı təqdirdə bəlkə də bu komandanı gözləyən hansısa xoş perspektivdən danışmaq olar.

Qrupun digər oyununda Yunanıstan Finlandiyanı qəbul etdi. Etiraf etmək lazımdı ki, qonaqlar oyunun əvvəlində daha yaxşı təsir bağışladı, hətta yunan azarkeşlər öz yığmalarını fitə basmağa başlamışdı. Ancaq təcrübəli Qradetski hər şeyi korladı. Qonaqların qapıçısı və kapitanı əvvəlcə sadə ötürmənin qarşısını ala bilməyərək İoannidisə qol “bağışladı”. Bu qol yunanların üzərindən gərginliyi atdı. Tezliklə yaxınlarda PAOK-u “Volfsburq”a dəyişən müdafiəçi-bombardir Kulierakisin təzyiqi altında Kelman topu öz qapısına göndərdi. İoannidisin bu oyundakı ikinci qolu isə Yunanıstan yığmasını qrupda zirvəyə daşıdı.

B liqası, 2-ci qrup
1-ci tur
İrlandiya – İngiltərə 0:2 (0:2)

İrlandiya: Kelleher, Bredi (Ferqyuson, 82), O”Şi, Kollinz, Koulmen (O”Brayen, 57), Şmodiks, Smollboun (Braun, 75), Molumbi, Doherti (Nayt, 57), İda (Maketir, 75), Oqbene.
İngiltərə: Pikford, Koluill, Qehi, Maquayr (Stounz, 84), Aleksander-Arnold, Qriliş (Gibbs-Uayt, 77), Rays, Maynu (Qomes, 77), Qordon (Eze, 77), Keyn (Bouen, 84), Saka.
Qollar: Rays, 11 (0:1). Qriliş, 26 (0:2).
Vərəqələr: Maynu, 13. Şmodiks, 44. Molambi, 64. Bredi, 68. Koluill, 76. O”Brayen, 77 – sarı.
Hakim: Xose Mariya Sançes Martines (İspaniya).
7 sentyabr. Dublin. 55359 tamaşaçı.

Yunanıstan – Finlandiya 3:0 (2:0)
Yunanıstan: Vlahodimos, Kulierakis, Mavropanos, Rota, Simikas, Buhalakis (Zafeyris, 65), Pelkas, Mantolas (Siopis, 65), İoannidis (Vayannidis, 77), Bakasetas (Pavlidis, 77), Hadziyovanis (Konstantelias, 48).
Finlandiya: Qradetski, Peltola, İvanov, Hoskonen, Ştol, Qalves, Kamara (Valta, 82), Lod (Yensen, 62), Şüller (Nissilya, 44), Antman (Keskinen, 62), Kelman (Pohyanpalo, 62).
Qollar: İoannidis, 23 (1:0). Kelman, 37-öz qapısına (2:0). İoannidis, 76 (3:0).
Vərəqələr: Kelman, 25. Kulierakis, 50. Konstantelias, 66. Zafeyris, 90+3. Peltola, 90+4 - sarı.
Hakim: Urs Şnayder (İsveçrə).
7 sentyabr. Afina. 17293 tamaşaçı.
10 sentyabr: İngiltərə - Finlandiya, İrlandiya – Yunanıstan.

Reaksiyalar
Li Karsli, İngiltərə yığmasının baş məşqçisi:

“Düşünürəm ki, zaman-zaman yaxşı oyun göstərdik. Bizim məhz necə oyun göstərməyə çalışdığımıza əmin olduz. Uşaqlar tərifi haqq edir, düşünürəm ki, əsl istedadlarımızın olduğunu göstərdik, “quru” qələbədən razı qalmalıyıq. Rays və Qriliş və gözəl qol vurdu. Əla kombinasiyalar və möhtəşəm tamamlama. Düşünürəm ki, bunların hər biri gələcəkdə daha çox qol vuracaq. Qrilişin bizə nəyisə sübut etməsinə ehtiyac yoxdu, onun oyunçu keyfiyyətinə bələdik. Bu qol ona fayda verəcək, bu ruhda da davam etməlidi. Meydan çox quru idi, driblinq etmək üçün əlverişli deyildi. Düşünürəm ki, İrlandiyanın da haqqını vermək lazımdı. Çox möhkəm komandadı, bizə boş zonalar vermək istəmirdilər, bu mənada yalnız 2-ci hissədə əl-qolumuz açıldı. Hesab 2:0 olandan sonra artıq özümüzü daha rahat hiss edirdik”.

Deklan Rays, İngiltərə yığmasının yarımmüdafiəçisi:
“Qələbəyə görə çox sevinirəm. Bu, yeni baş məşqçinin rəhbərliyi altındakı ilk oyunumuz idi. Və biz qələbə qazana bildik. Hazırda B divizionundayıq, nə istədiyimizi yaxşı bilirik. Bu qrupun qalibi olmalıyıq. Qol mənə xoş emosiyalar bəxş etdi”.


Maraqlıdı...
İngiltərə yığmasının azarkeşi “Aviva” stadionunda keçirilən bu oyundan əvvəl meydana çıxdı. Oyunöncəsi mərasim zamanı İngiltərə yığmasının formasında olan azarkeş futbolçularla eyni sırada dayandı. Ancaq bu məqamın fərqinə varan stüardlar onu meydandan çıxardılar.

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku / Reportaj

11-02-2024, 19:0

“Zirə” “Səbail” səddini 3 qolla keçdi - REPORTAJ

AÇ

17-10-2023, 19:0

Mbappe Fransanı AÇ-yə çıxardı

Premyer-liqa / Manşet

7-02-2023, 18:0

"Sabah" - "Səbail" matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

14-11-2023, 19:0

Volkov Tovuzu qəmə boğdu – REPORTAJ

Dünya futbolu

7-06-2023, 19:0

“Mançester Siti” daha bir kubok qazandı - REPORTAJ

Dünya futbolu

12-04-2023, 18:0

Çempionluq uğrunda mübarizə qızışır - ŞƏRH

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Bu gün, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Bu gün, 10:31
    London klubunda yeni futbolçu
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
  • Dünən, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Dünən, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Dünən, 11:01
    Bir London klubundan digərinə keçəcək
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 128
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə