"Gəncə" basketbol klubu FIBA Avropa Kubokunda Yunanıstan təmsilçisi "Kolossos"la qarşılaşıb.
"Football-plus.az" xəbər verir ki, C qrupunun 7-ci turunda rəqibi ilə səfərdə üz-üzə gələn Murat Dikmenin komandası uduzub - 78:79.
Matç Falirakidəki "Kalliteya" zalında keçirilib.
Xatırladaq ki, qrupda daha əvvəl keçirdiyi 6 matçın birində qələbə qazanan təmsilçimiz 7 xalla sonuncu - altıncı yerdədi. Komanda həmçinin FIBA Avropa Kubokunda səfərdə Bolqarıstanın "Rilski Sportist" klubu ilə keçirilməli olan oyuna getmədiyinə görə texniki məğlubiyyətlə (0:20) cəzalandırılıb.
"Gəncə" Yunanıstanda da uduzdu
İdman





